İlahə Qasımova (d. 14 oktyabr 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. İlahə Qasımova, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb.

Həyatı İlahə Qasımova 14 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.

Karyerası left|thumb|333x333px|İlahə Qasımovanın banneri (2017) İlahə Qasımova, 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. -55 kiloqram çəki dərəcəsində çıxış edən İlahə Qasımova, bürünc medal uğrunda görüşdə, İspaniya nümayəndəsi Kristina Ferrer Qarsiyanı 5:2 hesabı ilə məğlub etdi və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.

Bu uğuruna görə İlahə Qasımova, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edildi.

İlahə Qasımova, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -55 kiloqram çəki dərəcəsində çıxış edən İlahə Qasımova, finalda görüşündə, Misir nümayəndəsi Yassmin Attiaya 2:3 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

Həmçinin bax Azərbaycan 2015 Avropa Oyunlarında Azərbaycan 2017 İslam Həmrəyliyi Oyunlarında

İstinadlar

Kateqoriya:Azərbaycan karateçiləri Kateqoriya:2015 Avropa Oyunlarında karateçilər Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında karateçilər Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Karate üzrə Avropa Oyunları medalçıları