Ansiferov adası (Sirinki-to) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur.

Ada sönmüş vulkanın krateridir. Maksimal hündürlüyü 761 metr təşkil edir (Ansiferov vulkanı). Adanın sahil xəttinin uzunluğu 12 km təşkil edir. XXI əsrin əvvəllərində adada yaşayış yoxdur. Adanın hazırkı toponimi Danila Yakovleviç Ansiferovun şərəfinə adlandır. Şərqdən Paramuşir adasından eni 12 km olan Lujin boğazı ilə ayrılır.

İstinadlar

Kateqoriya:Kuril adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar