Ananiya Şiraklı; Şirakasi (; ) — etnik azərbaycanlı coğrafiyaşünası, filosof, riyaziyyatçı, kartoqraf, tarixçi, astronom və kimyaçı, qədim erməni təbiətşünaslığının banisi.

Bioqrafiya Şirak vilayətində anadan olmuşdur. Bəzən özünü Şirakavan adlı yerin adı ilə Şiravakansi də adlandırıb. Atasının adı Ovannes idi. Ermənistanda ilkin təhsilini alıb, təhsilini davam etdirmək üçün Bizansa yola düşüb. O, Feodosiopol (Karin) şəhərindən keçərək, IV Ermənistan vilayətinə getmiş və orada riyaziyyatçı Kristosaturdan təhsil almışdır. Hesab edilir ki, o, «bütün elmləri oyrənmədi», bir müddətdən sonra Trabzona üz tütdu, hansı ki orada məşhur alim Tixik onun müəllimi olub, Şirakasinin özünün yazdığı kimi, Tixik erməni yazısının bilicisi» idi. Burada Ananiya Şiraklı 8 ilə yaxın təhsil alırР. Хьюсен, «Science in Seventh-Century Armenia: Ananias of Širak», Isis, vol. 59, No. 1, (Spring, 1968), p. 34—35. Təhsilini başa vurduqdan sonra Ermənistana qayıdır və orada elmi və pedoqoji fəaliyyətə başlayır, kvadriviumunOrta əsrlərdə dəqiq elmlərin ümumi adı. əsasları tədris olunan məktəblər açır.

Əsərləri Ananiya Şiraklının hesab, salnamə (xronologiya) nəzəriyyəsi, kosmoqrafiya və coğrafiya mövzuları üzrə 20-dən artıq əsəri var. Ən məşhurları aşağıdakılardır:

«Ananiya Şirakasinin riyaziyyatı — çəki və ölçü haqqında» «Məsələlər və həlləri» (hesab məsələləri toplosu) Təqvim və kosmoqrafiya üzrə traktat «Coğrafiya»

thumb|right|250px|Ananiya Şiraklının hesab dərsliyinin səhifəsi, 1283-cü il

«Məsələlər və həlləri» adlı hesab dərsliyində cədvəllər içində hesab sənəti üzrə materiallar cəmləşib və bu dövrümüzə qədər gəlib çatmış ən qədim dərsliklərdən biridir. Ananiya Şiraklı riyaziyyat üzrə təhsilin inkişafına əhəmiyyətli təkan vermişdir..

Erməni tarixi mənbələrindən məlumduir ki, Ananiya Şiraklı erməni katolikosu Anastasın (662—668) təkidi ilə erməni təqvimini qaydaya salmışdır. O zamanlar Ermənistanda xətalı günəş təqvimindən istifadə edilirdi, hansı ki bütün illər 365 gündən ibarət idi və uzun illər olmayıb. Elə buna görə də fəsillər və xüsusi tarixlər tədricən ildə yerini dəyişirdi. Şirakasi Roma təqvimi əsasında dəyişməyən təqvim hazırladı. Amma katolikosun ölümündən sonra onun yaratdığı təqvimlə maraqlanan olmadı.

«Aşxaratsuyts»

Şirakasinin tərtib etdiyi «Dünyanın coğrafi xəritəsi» daha çox «Aşxaratsuyts», yaxud «Erməni Coğrafiyası» adı ilə tanınır, hansı ki Ermənistanın tarixi coğrafiyası ilə yanaşı burada Asiya, Avropa ölkələrinə və Liviyaya (Afrika) aid ətraflı coğrafi və kartoqrafik məlumatlar, qədim və orta əsrlər Ermənistanının Böyük Ermənistan və bundan qərbdəki Kiçik Ermənistanın hüdudlarında mövcud olmuş inzibati-siyasi vəziyyət ətraflı təsvir edilir. Daha əvvəl bu iş səhvən Movses Xorenliyə aid edilmişdir. Əsər ilk dəfə 1683-cü ildə Marseldə çap olunub.

Xronika Anonim VII əsr xronikası da bəzən Ananiya Şirakasiyə aid edilir. Burada müəllif İran, Babil, Roma, Bizans və digər ölkələrin tarixi ilə əlaqəlidir, Xorenatsinin, Sebeosun və digərlərinin yazdıqlarından istifadə edir. «Xronika» Adəmin dövründən başlayır və 685-ci ildə – xəzərlərin Ermənistana, Gürcüstana və Albaniyaya hücumları vaxtında bitir.

«Kosmoqrafiya və təqvim» Şirakasi həm də astronomiya, meteorologiya и fiziki coğrafiya məsələlərindən bəhs olunan 48 fəsillik «Kosmoqrafiya və təqvim» əsrinin müəllifidirР. Хьюсен, «Science in Seventh-Century Armenia: Ananias of Širak», Isis, vol. 59, No. 1, (Spring, 1968), p. 40—41.. Şirakasi dünyanın strukturunu yumurtaya bənzədirdi (Yer  — yumurtanın sarısı, atmosfer — yumurtanın ağı, göy qübbəsi  — yumurtanın qabığı) və Günəş ilə Aya qədər olan məsafəni müəyyənləşdirməyə cəhd edib. Bununla yanaşı o, haqlı olaraq hesab edib ki, Kəhkəşan ulduzlar topasıdır, Ay isə işıq saçmır – yalnız Günəş işığını əks etdirir. O, Yerin kürəşəkilli olduğunu yazıb. (современный научный консенсус атрибутирует это открытие древнегреческим учёным VI века до н. э.).

Qeydlər

İstinadlar

Ədəbiyyat Анания Ширакаци. Космография. Пер., пред. и комм. К. С. Тер-Давтян и С. С. Аревшатяна.erevan1962. Абраамян А. Г. Научные труды ученого VII в. Анании Ширакаци. Ереван, 1944. Абраамян А. Г. Таблицы лунного круга Анании Ширакаци. Ереван, 1965. Абрамян А. Г., Петросян Г. Б. Анания Ширакаци. Ереван, Из-во ЕрГУ, 176 с. 1970. Орбели И. А. Вопросы и решения вардапета Анания Ширакца, армянского математика VII века. В кн.: Орбели И. А. Избранные труды. Ереван, 1963, с. 512—531.

Linklər Роберт Хьюсен, «Science in Seventh-Century Armenia: Ananias of Širak», Isis, vol. 59, No. 1, (Spring, 1968), pp. 32–45. Еремян, Сурен Тигранович, Восстановленная версия карты Центральной Азии по Анании Ширакаци . д/ф «По следам тайны. Когда на Земле правили боги» (РТР, 2015), с 17 мин.

Kateqoriya:VII əsr tarixçiləri Kateqoriya:Erməni tarixçilər Kateqoriya:Ermənistan astronomları