Edmund Husserl (; ) — Alman filosof, Fenomenologiya məktəbinin banisi.

Həyatı E. Husserl 8 aprel 1859-cu ildə Avstriyanın tərkibində olan və hazırda Çexiyada olan Moraviyanın Prusnits şəhərində anadan olub. Göttingen və Frayburq universitetlərində fəlsəfə professoru kimi dərs demişdir. Rassel kimi Husserl də fəlsəfə üçün riyazi əsas tapmağa çalışırdı. Bu məqsədlə o, Frans Brantonun məntiqindən kömək məqsədilə istifadə etmişdir. Husserl 1878-ci ildə Berlinə getmiş və Karl Veierstrass və Leopold Kroneckerin mühazirələrində iştirak etmişdir. 1882-ci ildə Leopold Kronekerin rəhbərliyi altında Dəyişənlərin Hesablanması Nəzəriyyəsinə Giriş adı altında təmiz riyaziyyat üzrə doktorluq dissertasiyasını tamamlamışdır. 1884–1886-cı illərdə o, Vyanada Frans Brentanonun dərslərində iştirak etmiş və 1886-cı ildə Halledə məskunlaşaraq, Karl Stomfun psixologiya dərslərində iştirak etmişdir. 1891-ci ildə Brentanoya həsr etdiyi "Hesabın Fəlsəfəsi: Psixoloji və Məntiqi Tədqiqatlar" adlı ilk kitabını nəşr etmişdir. 1890–1900-cü illərdə o, Qottlob Frege ilə tanış olmuş, onun hesab fəlsəfəsində Husserlin fikirlərini tənqid etməsi 1900–1901-ci illərdə məntiqi araşdırmaların nəşrinə səbəb olmuşdur. Husserl 1916-cı ildə Frayburq Universitetinə getmişdir. Burada Heinrich Rickerti əvəz etmişdir. Edith Stein və Martin Heidegger bu illərdə ona köməkçi kimi çalışmışlar.

Həmçinin bax Frans Brentano Fenomenologiya

İstinadlar

Kateqoriya:Almaniya filosofları Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Avstriya filosofları Kateqoriya:Frayburq Universitetinin müəllimləri Kateqoriya:Göttingen Universitetinin müəllimləri Kateqoriya:Mədəniyyət filosofları Kateqoriya:Məntiqçilər Kateqoriya:Ontoloqlar Kateqoriya:Psixoloji filosoflar Kateqoriya:Təhsil filosofları Kateqoriya:XIX əsr riyaziyyatçıları Kateqoriya:Xristian filosoflar Kateqoriya:XX əsr Almaniya yazıçıları Kateqoriya:Yəhudi filosoflar Kateqoriya:XX əsr filosofları Kateqoriya:XIX əsr filosofları