Katarjina Kovalska (7 aprel 1985, Lipno, Polşa) — Polşalı marafonçu. Katarjina Kovalska Polşanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Katarjina Kovalska birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneəli qaçış yarışlarında qüvvəsini sınadı və məsafəni 9 dəqiqə 47.02 saniyəyə qət edərək 47 atlet sırasında 30-cu yeri tutdu.
Katarjina Kovalska özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Katarjina Kovalska 3000 metr məsafəyə maneəli qaçışda təsnifat mərhələsində məsafəni 9 dəqiqə 48.60 saniyəyə qət edərək 11-ci yeri tutdu.
Katarjina Kovalska növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da, məsafəni sona qədər qət edə bilmədi.
Mənbələr
Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Polşanın olimpiya yüngül atletləri