Məhəmməd İbrahimov () — 1994–1997-ci illərdə Azərbaycanı, 1998–2004-cü illlərdə isə KYRM-nı təmsil edən sərbəst güləşçi, 3 dəfə Avropa Çempionatlarının qalibi.
Karyerası Məhəmməd İbrahimov 1994-cü ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatını 11-ci pillədə başa vurdu. 1995-ci ildə İsveçrədə Avropa Çempionatının qalibi olan Məhəmməd İbrahimov həmin il Birləşmiş Ştatlarda Dünya Çempionatını beşinci pillədə başa vurdu.
1996-cı ildə isə Məhəmməd İbrahimov Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazandı və növbəti dəfə Avropa çempionu oldu.
Məhəmməd İbrahimov Azərbaycanı 1996-cı ildə Atlanta XXVI Yay Olimpiya Oyunlarında təmsil etdi. −82 Kq. turnirində çıxış edən Məhəmməd İbrahimov olimpiadanın birinci görüşündə 1992-ci il Barselona Olimpiadasının finalçısı, Dünya Çempionatının qalibi Qazaxıstan nümayəndəsi Elmədi Cəbrayılov ilə üz-üzə gəldi. Nəticədə Məhəmməd İbrahimov təcrübəli rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam etdi. Qrupda Məhəmməd İbrahimov əvvəl Belarus nümayəndəsi Alesandr Savonu 5:0, sonra isə Rumıniya nümayəndəsi Nicolae Gitanı 5:2 hesabları ilə məğlub etdi və qrupun üçüncü mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Avfandil Qoqolişvili oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd İbrahimov rəqibinə 6:4 hesabı ilə qalib gəldi növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Les Qutçes oldu. Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Məhəmməd İbrahimov rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazanaraq qrupun beşinci mərhələsinə adladı. Məhəmməd İbrahimov bu mərhələdə də qalib gəlsəydi, olimpiadanın bürünc medal uğrunda görüşünə vəsiqə qazanacaqdı. Məhəmməd İbrahimovun bu mərhələdə rəqibi 1992-ci il Barselona Olimpiadasının bürünc medaçısı, Dünya Çempionatının qalibi İran nümayəndəsi Əmir Reza Xadem oldu. Həmin görüşdə Məhəmməd İbrahimov rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Ümumi nəticədə Məhəmməd İbrahimov olimpiadanı beşinci pillədə başa vurdu.
Olimpiadadan sonra Məhəmməd İbrahimov 1997-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını altıncı pillədə başa vurdu. Bu onun Azərbaycan bayrağı altında son beynəlxalq turniri oldu. 1997-ci ildə Məhəmməd İbrahimov KYRM yığmasının heyətinə cəlb edildi.
1998-ci ildə Tehran şəhərində (İran) Dünya Çempionatının gümüş medalına sahib olan Məhəmməd İbrahimov 1999-cu ildə Belarusda üçüncü dəfə Avropa Çempionatının qalibi oldu. Həmin ildə Məhəmməd İbrahimov həm də Dünya Çempionatını 11-ci pillədə başa vurdu.
2000-ci ildə isə Məhəmməd İbrahimov Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin nəticələrinə əsasən Məhəmməd İbrahimov Sidney Olimpiadasını bürünc medalla başa vurdu.
Olimpiadadan sonra Məhəmməd İbrahimov 2002-ci ildə Avropa Çempionatını dördüncü, Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu. 2003-cü ildə Dünya Çempionatını 12-ci pillədə başa vuran Məhəmməd İbrahimov 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Afina Olimpiadasını 18-ci pillədə başa vuran Məhəmməd İbrahimov olimpiadadan sonra idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Azərbaycan11994Dünya Çempionatı Türkiyə11.21995Avropa Çempionatı İsveçrə1.3Dünya Çempionatı ABŞ5.41996Avropa Çempionatı Macarıstan1.5Olimpiya Oyunları ABŞ5.61997Dünya Çempionatı Rusiya6. KYRM71998Dünya Çempionatı İran2.81999Avropa Çempionatı Belarus1.9Dünya Çempionatı Türkiyə11.102000Dünya Olimpiya Təsnifat Turniri Belarus6.11Dünya Olimpiya Təsnifat Turniri Almaniya1.12Dünya Olimpiya Təsnifat Turniri Yaponiya8.13Dünya Olimpiya Təsnifat Turniri Misir4.14Olimpiya Oyunları Avstraliya3.152002Avropa Çempionatı Azərbaycan4.16Dünya Çempionatı İran22.172003Dünya Çempionatı ABŞ12.182004Dünya Olimpiya Təsnifat Turniri Slovakiya24.19Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan4.20Olimpiya Oyunları Yunanıstan18.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:Şimali Makedoniyanın sərbəst güləşçiləri Kateqoriya:Şimali Makedoniyanın olimpiya güləşçiləri Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2000 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Olimpiya medallı güləşçilər