Jan-Mari Pfaff (a.o 4 dekabr 1953, Lebbeke) — Peşəkar karyerasının çoxunu Beveren və Bayern Münhen FK klublarında keçirən, təqaüdə çıxmış belçikalı qapıçıdır. Pfaff ölkəsi olan Belçika üçün 64 oyunda forma geyinərkən Futbol üzrə dünya çempionatı 1982 və Futbol üzrə dünya çempionatı 1986 turnirlərində də iştirak etmişdir.
Həyatı Pfaff 16 yaşında olarkən Belçika Liqası çempionluğu (1979) və Belçika Kubokunu (1978) qazanacağı Beveren klubuna qatılmışdır. Eyni il Belçika Qızıl Ayaqqabı mükafatına layiq görülmüşdür. 1982-ci ildə Pfaff Bayern Münhen FK komandasına transfer olmuşdur. Bu komanda ilə üç dəfə Bundesliqa çempionluğu (1985-1987-ci il arası) və iki dəfə Almaniya Kubokunu (1984 və 1986) qazanmışdır.
Pfaff Qızıl şeytanlar ilə ilk oyununu Niderlanda qarşı keçirmişdir. Avro 80 və Avro 84, həmçinin Futbol üzrə dünya çempionatı 1986 turnirində qapını qorumuşdur.
2004-cü ilin mart ayında Pelenin tərtib etdiyi FİFA 100-ə daxil olmuşdur. 2002-ci ildən 2012-ci ilə qədər davam edən De Pfaffs adlı özünü və ailə həyatını əks etdirən realiti şouda iştirak etmişdir.
1982-ci il Dünya Kubokunun keçirildiyi vaxtlarda bir jurnalist tərəfindən hovuza itələnmişdir. Üzməyi bacarmadığı üçün az qala hovuzda boğulacaqdı. Pfaff 27 iyun 1974-cü ildə Karmen Seth (a.o 24 mart 1956) ilə ailə həyatı qurmuşdur. Debbi Elibert Gerdina (a.o 30 may 1975), Kelli Yvonne Danni (a.o 26 iyul 1977) və Lindsi linda Mark (a.o 4 oktyabr 1978) adlı üç uşağı vardır.
Mükafatları
Klub Beveren Belçika Liqası: 1978-79 Belçika Kuboku: 1977–78
Bayern Münhen Bundesliqa: 1984-85, 1985-86, 1986-87 DFB-Pokal: 1983-84, 1985-86
Ümumi Belçika Qızıl Ayaqqabı: 1978 FİFA Dünya Kuboku Ulduzlar komandası: 1986 İFFHS İlin Ən Yaxşı Qapıçısı: 1987 FİFA 100: 2004 Qızıl Ayaq Əfsanələr Mükafatı: 2014
Karyera statistikası Klub nəticələri Liqa Kubok Liqa Kuboku Kontinental ümumi Mövsüm Klub Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Belçika Liqa Belçika Kuboku Liqa Kuboku Avropa Ümumi1973–74BeverenBirinci Diviziya2701974–753201975–763601976–773301977–783401978–793401979–803301980–812201981–82250 Almaniya Liqa DFB-Pokal Digər Avropa Ümumi1982–83Bayern MünhenBundesliqa2701983–843201984–851401985–862401986–873401987–88250 Belçika Liqa Belçika Kuboku Liqa Kuboku Avropa Ümumi1988–89LyersBirinci Diviziya230 Türkiyə Liqa Türkiyə Kuboku Liqa Kuboku Avropa Ümumi1989–90TrabzonsporSuper Liqa220 Ümumi Belçika2990 Almaniya1560 Türkiyə220 Ümumi karyera
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Belçika futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Trabzonspor FK futbolçuları Kateqoriya:Oostende FK məşqçiləri Kateqoriya:Belçika milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Belçika futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:FİFA 100 Kateqoriya:UEFA Avro 1980 futbolçuları Kateqoriya:Belçika U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları