Sənan Sabir oğlu Sultanov — qısametrajlı sənədli televiziya filmləri rejissoru, tammetrajlı filmlərdə rejissor asistenti, ssenarist, aktyor, mətn oxuyan, prodüser, arxiv kadrlarda iştirak edən, "Qızıl Dərviş" mükafatı laureatı (2012).

Həyatı Sənan Sabir oğlu Sultanov 29 oktyabr 1978-ci ildə Bakıda dünyaya göz açıb. 4 saylı rus məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. Bir çox sənədli filmlərin rejissorudur. Hal-hazırda Azərbaycan Televiziyasının film studiyasında rejissor kimi fəaliyyət göstərir. Atası əməkdar işçi, anası isə həkimdir.

2011-ci ildə Səfura adlı xanımla ailə həyatı qurub. 2 övladı var: 1 qızı, 1 oğlu.

Qısametrajlı sənədli-bioqrafik televiziya filmləri rejissoru Sənan Sultanov fəaliyyətlərinə görə 2012-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Filmoqrafiya Uzaq və yaxın Lütfi Zadə (film, 1998) Rənglərdə yaşayan kino (veriliş, 2009) Biz qayıdacağıq (film, 2007) — rejissor asistenti Cavid ömrü (film, 2007) — rejissor asistenti Kinolentdə imzası... Həbib İsmayılov (film, 2012) (sənədli film) — AZ-Tv rejissor Yaşadım ki, yaşadam. Yaşar Nuri (film, 2012) Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013) (sənədli film) — AZ-TV rejissor Muxtar Avşarov xatirələrdə... (film, 2013) - AzTv rejissor Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev (film, 2014) (sənədli film) — AZ-Tv rejissor Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (film, 2014) (sənədli film) — AZ-Tv rejissor Gülüş fenomeni. Sabit Rəhman (film, 2014) (sənədli film) — AZ-Tv rejissor Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014) (sənədli film) — AZ-Tv rejissor Ustad Adil İsgəndərov (film, 2015) — AZ-Tv rejissor və ssenarist aktyor Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015) (sənədli film) — AZ-Tv rejissor Olumla ölüm arasındakı ömür. Hamlet Qurbanov (film, 2015) (sənədli film) — AZ-Tv rejissor Həmişəyaşar sənətkar... Əli Zeynalov (film, 2015) (sənədli film) — AZ-Tv rejissor Romantik təbiətli sənətkar. Həsənağa Salayev (film, 2016) Bitkin obrazlar ustası. Rza Əfqanlı (film, 2016) Peşəkarlıq düsturu. Teyyub Axundov (film, 2016) Ömür elə qısadır ki... İmran Qasımov (film, 2016) Sirli dünyanın nağılçısı. Hüseynağa Sadıqov (film, 2016) Zirvəyə gedən yol. Muxtar Dadaşov (film, 2016) Bir göz qırpımlıq ömür... Vəfa Fətullayeva (film, 2016) Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov (film, 2017) (sənədli film) — AZ-Tv rejissor

İstinadlar

Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Bakıda doğulanlar