Axınla aşağı — filmi rejissor Asif Rüstəmov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əli Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi ona birlikdə xaricə getməyi təklif edir. Lakin Əlinin ailəsində faciə baş verir. Filmdə əsas rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreyevska, Elmin İmamverdiyev, Teymur Məmmədov, Ülvi Paşabəyli, Gülşad Baxşıyeva, Telman Əliyev, Pərviz Bağırov və Eldar Bağırbəyov ifa edirlər. Film bir neçə festivalda mükafat almışdır.

Məzmun Əli (Namiq Ağayev) Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi (Aleksandra Andreyevska) ona birlikdə xaricə getməyi təklif edir. Hər dəfə bu təklifə Əli tərəddüd edir. Əli daxilən özünü tənha hiss edir. Və xoşbəxtliyi öz ailəsində deyil başqalarında axtaran zəif iradə sahibi və qərarsız biridir. Bu xarakteri də onun ailəsində problemlər yaradır. Qonşu qadın (Gülşad Baxşıyeva) onun həyat yoldaşı Leylaya (Mehriban Zəki) ərinin başqasıyla görüşdüyünü eyham vurur. Leyla isə əsl fədakar azərbaycanlı qadın tipajıyla qonşuya mən ona inanıram deyə cavab verir.

Əlinin oğluyla (Elmin İmamverdiyev) problemləri də filmin əsas mövzularından biridir. İlk səhnədən o oğlunu digərlərinin yanında təhqir edir və başqalarının yanında mənə ata demə deyə onu alçaldır. Ata oğlunu avarçəkənlərin kapitanı etsə də, sonradan idman yarışlarına az qalmış oğlunun kapitan "rütbə"sini əlindən alıb, başqasına verir. Bu hadisədən sarsıntı keçirən oğlan özünü suya atır və qeybə çəkilir.

Əli və Leylanın öz itkin düşmüş oğullarını axtarması filmin əsas hissəsinə çevrilir. Bu axtarış onların dağılmış ailəsini nisbətən təmir etməyə başlayır. Peşmançılığı üzünə yansıyan Əlinin bu iztirablı axtarışı, Leylanın keçirdiyi daxili təlatüm müəllif tərəfindən dəqiq göstərilmişdir. Onlar oğullarını axtarmaq məqsədilə birləşirlər və belə anda onları polşalı qadın da ayıra bilmir…

Film haqqında Dram janrında çəkilən ekran əsəri rejissor Asif Rüstəmovun debüt tammetrajlı filmidir.

Festivallar və mükafatlar İllərFestival və tədbirlərMükafatlarÖlkə və şəhərlər20141-ci İpək Yolu Beynəlxalq Film Festivalı"Tamaşaçı rəğbəti" mükafatıÇXR, Sian201449-cu Karlovy Vary Beynəlxalq Film FestivalıÇexiya, Karlovı Varı2014Adana Altın Koza Film FestivalıTürkiyə, Adana2014Hindistan Beynəlxalq Film FestivalıHindistan, Qoa2014Kotbus Beynəlxalq Film Festivalı Almaniya, Kotbus2015"Asiatica, Encounters with Asian Cinema" Beynəlxalq Film Festivalıİtaliya, Roma2015Golden Anteaters Film FestivalıPolşa, Lublin2015Houston WorldFest"Gümüş Remi" mükafatıABŞ, Hyuston2015"Qızıl Pəri" Mükafatları"Ən yaxşı tammetrajlı debüt filmi" nominasiyasında "Qızıl Pəri" mükafatıAzərbaycan, Bakı2015Pune Beynəlxalq Film FestivalıHindistan, Puna2015Let’sCee Beynəlxalq Film Festivalı"Xüsusi vurğulama mükafatı" Avstriya, Vyana2015SEEfest Beynəlxalq Film Festivalı"Ən yaxşı debüt" mükafatıABŞ, Los-Anceles201620-ci Beynəlxalq KinofestivalPeru, Lima2016Azərbaycan Kinosu günləriMeksika, Mexikoİstanbul Ailə Filmləri Festivalı Türkiyə, İstanbulDaka Qısametrajlı Müstəqil Film Festivalı Banqladeş, Daka

Filmin üzərində işləyənlər Rejissor: Asif Rüstəmov Ssenarist: Asif Rüstəmov, Otar Pertaxia Operator: Ayhan Salar Prodüser: Müşfiq Hətəmov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Xəyyam Mirzəzadə

Rollarda Namiq Ağayev — Əli: Əli Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. Mehriban Zəki — Leyla: Əlinin həyat yoldaşıdır. Aleksandra Andreyevska — polşalı qız: Polşalı qız idman məşqçisidir. Elmin İmamverdiyev — Ruslan: Əli ilə Leylanın oğludur. Teymur Məmmədov — Arif: Polis zabiti, Əlinin dostudur. Ülvi Paşabəyli — İlqar: Ruslanın idmançı dostudur. Gülşad Baxşıyeva — qonşu qadın: Əligilin qonşusudur. Telman Əliyev — Əhəd: Əlinin işlədiyi idman kompleksinin direktorudur. Pərviz Bağırov — balıqçı Eldar Bağırbəyov — Valera, Əlinin dostu. Şamil Süleymanlı — gözətçi

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2014-cü ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

İstinadlar

Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri