Denpasar () — İndoneziyada şəhər. Balinin paytaxtı. Dünyanın ən çox turist cəlb edən yerlərindən biridir.
Etimologiya Denpasar sözü bali dilində "den" (şimal) və "pasar" (bazar) sözlərindən götürülmüşdür. Bu da şəhərin mənşəyinin qədim vaxtlkardan ticarət şəhəri olduğunu göstərir. Şəhərin həmin qədim hissəsi indi Kumbasari Bazarı adı ilə tanınır.
İqlimi Keppenin iqlimlər təsnifatına görə Anadır tropik səhra iqlimə malikdir. Burada hava isti və nəmdir. İl boyu temperatur dəyişikliyi çox azdır. Ortalama temperatur 28 °C-dir. İl iki mövsümə bölünür : nəm (noyabr-aprel ayları) və quru (may-oktyabr).
Əhalisi 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görən Denpasarın 788 445 nəfər əhalisi olmuşdur. Buradakı əhali əsasən Hinduizm (68.4%) dininə sitayiş edir. Hinduizmi İslam, Xristianlıq, Buddizm və Konfutsiçilik izləyir.
Nəqliyyat Hava nəqliyyatı Şəhərdən 13 km cənubda yerləşən Denpasar Beynəlxalq Hava Limanı İndoneziyanın ən işlək hava limanlarından biridir.
Dəniz nəqliyyatı Bonea Limanı şəhərin dənizə çıxışını təmin edir. Liman şəhər mərkəzindən 10 km aralı yerləşir və 1924-cü ildən fəaliyyət göstərir.
Avtomobil nəqliyyatı
İqtisadiyyat Turzim və infrastrukturun inkişafı şəhər iqtisadiyyatının güclənməsinə səbəb oldu. İqtisadiyyatın böyük hissəsi ticarət, otellər və restoranların payına düşür. Həmçinin əl işləmələri sənəti də böyük əhəmiyyətə malikdir.
İdman Denpasarda çoxsaylı beynəlxalq və milli idman tədbirləri keçirilir. Şəhər 2008-ci il Asiya Plyaj Oyunları və 2009-cu il Asiya Oxatma Çempionatına ev sahibliyi etmişdir. Həmçinin Perseden Denpasar futbol klubu şəhəri Nusantara Liqasında təmsil edir.
Təhsil Denpasarda aşağıdakı təhsil ocaqları var : Udayana Universiteti Varmadeva Universiteti Milli Təhsil Universiteti Denpasar Mahasarasvati Universiteti İndoneziya İncəsənət İnsitutu, Denpasar
Qardaşlaşmış şəhərlər Denpasar aşağıdakı şəhərlərlə qardaş şəhər statusuna malikdir :
Palembanq, İndoneziya Veracrus, Meksika Qran-Kanariya, İspaniya Pxuket, Tailand Haykou, Çin Corc Taun, Malayziya
İstinadlar
Kateqoriya:İndoneziya şəhərləri Kateqoriya:1992-ci ildə yaranmış dövlətlər və ərazilər