Kusko krallığı (keçya dilində: Qusqu, ispan dilində: Cusco (Cuzco)) — 1197–1438 — And dağlarında mövcud olmuş, çox da böyük olmayan dövlət, XII əsrə yaxın inklər tərəfindən əsası qoyulmuş şəhər dövlət. Zaman keçdikcə müharibələr və ya dinc assimilyasiya vasitəsilə krallıq öz ərazisini genişləndirərək inklərin imperiyasına çevrilmişdir.
Tarixi Kusko ərazisində inklər XII əsrə yaxın tayfa kimi görünmüşlər. Manko Kapakanın rəhbərliyi ilə onlar tezliklə Kusko şəhər-dövlətinin əsasını qoymuşlar.
1438-ci ildə İnk imperiyasının doqquzuncu hökmdarı Paçakutinin (1438–1471) rəhbərliyi ilə fəal işğalçılıq siyasətinə başlamışlar. Tezliklə Paçakuti Andın bütün ərazisini işğal etməyə müvəffəq oldu.
Paçakuti Kusko krallığını imperiyaya çevirdi, o, federal idarəetmə sistemi yaratdı, bu idarəetmə sistemi mərkəzi hökumətdə inklərlə birlikdə dörd əyalətin yerli güclü liderlərinin də təmsil olunmasına imkan yaradırdı. Mülahizələrə görə, Maçu-Pikçu şəhərinin əsası da Paçakuti tərəfindən qoyulmuşdur.
Hökmdarları Tarixi mənbələrə əsasən Kusko krallığının hökmdarları aşağıdakılar olmuşdur: Manko Kapak — (1200–1230) Sinçi Roka — (1230–1260) Loke Yupanki — (1260–1290) Mayta Kapak — 1290–1320 Kapak Yupanki — 1320–1350 Inka Roka — 1350–1380 Yauar Uakak — 1380–1410 Virakoça İnka — 1410–1438
Kusko krallığının ilk hökmdarlarının adları məlum deyil, sonralar Kapak səhra komandiri, Sinçi lider mənasında işlənilmişdi. Sülalənin əsasının 1200-cü ildən başlandığı ehtimal olunur.
Tarixi irsin qorunma tədbirləri
Mənbə Купрієнко С. А. Суспільно-господарський устрій імперії інків Тавантінсуйу : автореф. дис. на здобуття наук. ступеня канд. істор. наук : 07.00.02. http://kuprienko.info/kupriienko-s-a-the-social-and-economic-system-of-the-inca-empire-tawantinsuyu-manuscript/.2013 Куприенко С. А. Источники XVI–XVII веков по истории инков: хроники, документы, письма. http://books.google.ru/books?id=vnYVTrJ2PVoC&printsec=frontcover&hl=ru&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false.2013 Пачакути Йамки Салькамайва, Хуан де Санта Крус, Куприенко С. А. Доклад о древностях этого королевства Перу. http://kuprienko.info/pachakuti-jamki-sal-kamajva-h-de-s-k-kuprienko-s-a-doklad-o-drevnostyah-e-togo-korolevstva-peru/.2013 Талах В. Н., Куприенко С. А. Америка первоначальная. Источники по истории майя, науа (астеков) и инков. http://kuprienko.info/talah-v-n-kuprienko-s-a-amerika-pervonachal-naya-istochniki-po-istorii-majya-naua-astekov-i-inkov/.2013 (Spanish) María Rostworowski. Enciclopedia Temática del Perú: Incas. Lima: El Comercio S. A., 2004. (Spanish) Editorial Sol 90. Historia Universal 5: América precolombina. Barcelona, España, 2002. (English) Bushnell. Peru, Ancient people and places. (English) MacQuarrie, Kim. The Last Days of the Incas. Simon & Schuster, 2007. ISBN 978-0-7432-6049-7. Kateqoriya:Peru arxeologiyası Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:İnk imperiyası Kateqoriya:Cənubi Amerika tarixi Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Tarixi krallıqlar Kateqoriya:Pre-Kolumb mədəniyyətləri