thumbnail
Yan amiotrofik skleroz (YAS, ) və ya Şarko xəstəliyi və ya Lu Qeriq xəstəliyi — nevroloji xəstəlik olub, proqressiya edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. Ön buynuzlarda və beyin kötüyündə yerləşən aşağı motoneyron, presentral qırışda yerləşən yuxarı motoneyron, kortikospinal yolların və əksərən prefrontal motoneyronların zədələnməsi nəticəsində yaranır.
Bu xəstəliyin zehni funksiyalara və yaddaşa təsiri yoxdur amma sinir əlaqəsi pozulduğundan əzələ əriməsinə və əzələlərin gücsüzləşməsinə səbəb olur. Bir çox hallarda əvvəl udqunma çətinliyi ilə başlayaraq bədənə yayılan xəstəlik , tənəffüs çatışmazlığına da səbəb ola bilər.
Rast gəlmə tezliyi Xəstəliyin rast gəlmə tezliyi Avropa əhalisi arasında hər il hər 100,000 nəfərə 2 xəstəlik halı. Bütün dünyada, YAS 90–95% hallarda sporadik, 5–10% hallarda autosomal dominant yolla ötürülən ailəvi formalara rast gəlinir.
Ağdərili insanlar qaradərili insanlara nisbətən çox xəstələnir, bu nisbət 1.6:1.3 –dir. Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər. Kişi-qadın nisbəti 1.5:1.0
Yaranma səbəbləri Hesab olunur ki xəstəlik genetik, xarici mühit və yaş-asılı risk faktorlarin qarşılıqlı təsiri nəticəsində yaranır.
Belə ki, yaş artdıqca YAS rast gəlmə tezliyi də artır. Təxmini 65 yaşlarda başlayır, 75–85 yaşlarda risk maksimuma çatır.
İnfeksion toksik nəzəriyyəyə əsasən xəstəlik viruslar, toksinlər, ağır metallar, ətraf mühitin mikroelementlərinin dizbalansı kimi faktorların təsiri nəticəsində yaranır (Zavalişin İ. A.,2007). Endogen-abiotrofik nəzəriyyəyə əsasən motoneyronların metobolizmində genetik defektlərlər hərəki sistemin vaxtından əvvəl funksional çatışmazlığının yaranmasına səbəb olur (Zavalişin İ. A.,2007).
Klinik şəkli 2 və daha çox bədən regionunu əhatə edən zədələnmə xasdır Tədricən proqressiya edən gediş olur Adətən simptomatika ətraflarda başlayır, assimetrik olur, proksimal və ya distal ola bilər. Lakin 1/5 hallarda bulbar qrup əzələlərdən də başlaya bilər Hissi pozğunluqlar olmur. Adətən göz ətrafı əzələlər və sfinktorlar prosesə cəlb olunmur Yuxarı və aşağı moto neyron disfunksiyası : Əzələ zəifliyi Əzələ krampları Nitq və udqunma pozğunluğu Yeriş pozğunluğu Yuxarı moto neyron disfunksiyası : Spastika Dərin reflekslərin canlanması Patoloji pəncə refleksləri Yumuşaq damaq refleksinin canlı olması Palmomental refleksin yaranması Aşağı moto neyron disfunksiyası : Fastikulyasiyalar Hipo/atrofiya Stepaj Tənəffüs çətinliyi Emosional simptomlar : Qeyri iradi gülmə/ağlama Depressiya
Diaqnostika Dünya Nevroloqları Federasiyasının verdiyi kriteriyalara əsasən YAS diaqnozu qoyulması üçün aşağıdakı üç amilin olması vacıbdir: Yuxarı motoneyronun zədələnmə əlamətləri Aşağı motoneyronun zədələnmə əlamətləri Proqressiya-bir region daxilində və ya digər regionlara
Diferensial diaqnostika Beyin kötüyü qliomaları Leptomeningeal karsinomatoz Servikal spondiloz Laym xəstəliyi Xronik Iltihabi demielinizasion poliradikuloneyropatiya Miasteniya qravis Dermatomiozit / Polimiozit Paraneoplastik ensefalomielit, neyropatiya Diabetik neyropatiya İIV-1 əlaqədar çoxsaylı mononeyropatiya, miopatiya, proqressiv poliradikulopatiya Spinal əzələ atrofiyası cisimcikli miozit Lambert-İton miastenik sindromu Servikal disk sindromu Tey-Saks/GM2 qanqliozidozu Birincili lateral skleroz
Instrumental müayinə Elektromioqrafiya- diaqnozu təsdiqləməyə və digər diaqnozların inkar olunmasına imkan verir.
MRT- digər xəstəlikləri inkar etməyə yardım göstərir.
Müalicə Xəstəliyin hazırda etibarlı müalicəsi yoxdur.
Proqnoz Fokal zəifliyin başlanğıcından təxminən 3–5 il sonra tənəffüs pozğunluğu yaranır bu da , ölümə gətirib çıxarır. Xəstəliyin erkən yaşda başlaması və ilk əvvəl ətrafların prosesə qoşulması yaxşı proqnostik faktorlardır. Bəzi YAS variantları daha uzun müddətli gedişə malikdirlər. Ailəvi YAS bəzi formaları daha sürətli, bəzi formaları daha ləng proqressiv gedişə malikdir.
Xüsusi qeydlər Buzlu vedrə əzabı (ing. Ice Bucket Challenge) — 2014-cü ilin yayında məşhurlaşan bir fəaliyyət. Bu fəaliyyətinin qaydasına görə iştirakçılar ya başlarına bir vedrə soyuq su tökməli, ya da ABŞ-nin ALS Assosiyasına xeyriyyə məqsədilə pul ödəməlidirlər.
Məşhur fizik-nəzəriyyəçi Stiven Hokinq də bu xəstəliyə tutulub.
İstinadlar
Həmçinin bax Buzlu su kampaniyası
Xarici keçidlər Amyotrophic Lateral Sclerosis Amyotrophic lateral sclerosis
Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Nevrologiya Kateqoriya:Sitoskelet qüsurları Kateqoriya:Neyrodegenerativ pozğunluqlar