İsveçrə Federal sarayı (alm.Bundeshaus; fr.Palais fédéral; it.Palazzo federale; lat.Curia Confoederationis Helveticae) İsveçrənin Bern şəhərində yerləşən və İsveçrə Federal Məclisinə ev sahibliyi edən tarixi bina.
Tarixi
Saray memar Hans Auer tərəfindən dizayn edilmiş və 1 aprel 1902-ci ildə istifadəyə verilmişdir. Binanın tikilməsinə 7.198.000 İsveçrə frankı xərclənmişdir.
Quruluşu
Sarayın qübbəsinin iç hissəsində İsveçrə gerbi təsvir olunmuşdur. Gerbin ətrafinda Latınca "Unus pro omnibus, omnes pro uno" (Birimiz hamımız, hamımız birimiz üçün) yazısı yazılmışdır. Qübbənin üzərində isə İsveçrənin 22 kantonunun (1902-ci il) gerbi ilə bəzədilmişdir. Daha sonra qurulan Yura kantonunun gerbi mozaikanın xaricində təsvir olunmuşdur.
Qalereya
Kateqoriya:İsveçrə sarayları Kateqoriya:Bernin görməli yerləri Kateqoriya:1902-ci ildə yarananlar Kateqoriya:1 apreldə yarananlar Kateqoriya:XX əsr memarlığı Kateqoriya:Qanunvericilik binaları