Nideqq körpüsü (alm. Nydeggbrücke) — İsveçrənin Bern şəhərində Aare çayı üzərində tikilmiş körpü. Bern şəhərinin qədim hissəsinin şərqi ilə yeni hissəni birləşdirir. Üç il ərzində tikilmiş körpü İsveçrənin Əhəmiyyətli Milli İrs siyahısındadır.
Tarixi 1850-ci ildə Nideqq körpüsü|thumb|left 3 illik planlama mərhələsindən sonra 1840-cı ilin 7 iyununda körpünü tikmək Karl Emanuel Müllerə həvalə olundu. 1840-cı ilin avqustunda başlayan işlərin birinci mərhələsi 1841-ci ilin qışına qədər davam etdi. Daşqınlara və digər gecikmələr baxmayaraq 1841-ci ilin mayından körpünün sütunları su səviyyəsindən yüksəkdə qaldı. Təməl atma mərasimi isə həmin ilin iyun ayının əvvəlində keçirildi. Daha sonra şərq və qərb qövsləri tikildi. 1842-ci ilin qışında isə mərkəz hissənin tikintisinə başlanıldı. 1843-cü ilin yayında başa çatdırılan mərkəz hissənin son daşının qoyulduğu 15 sentyabr 1843-cü ildə bu hadısə nitqlərlə, top atəşləri ilə və bayramla qeyd olundu. Davam edən işlərdən sonra 23 noyabr 1844-cü ildə körpü xüsusi tədbirlə istifadə verildi. Körpünün tikintisinə 1.650.000 frank sərf olunmuşdur.
Kateqoriya:İsveçrədəki körpülər Kateqoriya:Bernin görməli yerləri Kateqoriya:1840-cı ildə yarananlar Kateqoriya:XIX əsr memarlığı