Zeynəko — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 165 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Yaşayış məntəqəsi XIX əsrdə salınmışdır. Yerli məlumata görə, oykonim Zeynə (şəxs adı) və talış dilindəki ko (ev yeri) sözlərindən ibarət olub, “Zeynənin ev yeri” mənasındadır. Lakin güman etmək olar ki, kəndin adının əsli Zeyləku olub, zeyl (ər. “ətək”) və kıt (talış, “dağ”) komponentlərindən ibarətdir (-a mənsub, bildirir). Oykonimin “dağ ətəyi” mənası onun yerləşdiyi relyeflə bağlıdır. Kəndin adını bəzi tədqiqatçılar Jinəkon variantında “aşağı evlər” kimi izah edirlər.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri