Pirzəkücə — Azərbaycan Respublikasının Lerik rayonunun Cəngəmiran kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 397 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Oykonim Pirzə və küçə (məhəllə, kiçik kənd) komponentlərindən düzəlib. Ola bilər ki ona yaxın olan kəndlərdən birinin tərkibində kiçik məhhələ (kujə) şəklində olub sonra inkişaf edərək müstəqil kənd adını qazanıb. (burada-ə mənsubluq bildirir), “Pirzərin məhəlləsi, kəndi” mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri