Cavanşir Əjdər oğlu Dadaşov () — Azərbaycan rəssamı və heykəltaraşı.

Həyatı Cavanşir Dadaşov 1956-cı ildə Novxanı kəndində anadan olub. O, 1973-1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almış, 1979-1985-ci illərdə Xarkov Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirmişdir. Cavanşir Dadaşov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İşləri Xarkov şəhərində Nikolay Astrivskinin abidəsi, 2-ci dünya müharibəsində həlak olmuş tələbələrin abidəsi Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi Şamaxı şəhərində İmadəddin Nəsimin abidəsi, Yevlax şəhərində Səməd Vurğunun abidəsi, Bakı şəhərində "20 Yanvar" abidəsi, Koroğlu Rəhimovun büstü, Topçubaşovun memorialı Gədəbəy rayonunda Azərbaycanın milli qəhrəmanı Məzahir Rüstəmovun abidəsi.

Həmçinin bax Məhəmməd Əmin Rəsulzadənin heykəli 20 Yanvar abidə-kompleksi

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Novxanıda doğulanlar