Rzayeva Gülzar Lətif qızı () — Ali məhkəmənin hakimi.
Həyatı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-1977-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-1985-ci illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-1987-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, mülki məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir.
2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədri olub, 2005-ci ildən 2010-cu ilə qədər Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışıb.
Hal-hazırda Ali Məhkəmənin hakimidir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavinləri