Hacıyeva Züleyxa Hacıbaba qızı () — Azərbaycan diktoru, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri. Azərbaycan Respublikası əməkdar artisti (1979). SSRİ idman ustası (1941). Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941–48). Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2002)

Həyatı Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1948). Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini (1952–1955) işləmiş, 1942–1992-ci illərdə Azərbaycan radiosunun diktoru olmuşdur. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı olmuşdur.

2026-cı ilin sentyabrında vəfat edib.

Mükafatları "Əməkdar Artist" fəxri adı (1979) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002)

İstinadlar

Kateqoriya:SSRİ gimnastları Kateqoriya:Gimnastika üzrə çempionlar Kateqoriya:Azərbaycan uzunömürlüləri