Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti.Kokova, T. ”Mətanət bacı”: “O məni öz talismanı adlandırırdı: “Bir qalanın sirri”nin qəhrəmanını Moskvada tapmaq mümkün olub: [Rusiyanın Əməkdar artisti Tamara Kokova ilə müsahibə] //Olaylar.- 2013.- 27 sentyabr.- S.11.

Həyatı Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur.

Hazırda həyat yoldaşı vəkil Mark Voznesenski ilə Moskvada yaşayır.

Filmoqrafiya

Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Kaniyuta mağarasının sirri (film, 1968) Alovlar içində (film, 1968) Ataların torpağı (film, 1968) Ulduzlar sönmür (film, 1971) Üçüncü qızım (film, 1971) Simurq (film, 1972) Karvan (film, 1973) Atıcı (film, 1981)

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 206.

İstinadlar

Xarici keçidlər http://www.kinopoisk.ru/name/318124/ http://www.kino-teatr.ru/kino/acter/w/sov/2048/bio/ http://www.peoples.ru/art/cinema/actor/kokova/

Videolar İzlə

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Nalçikdə doğulanlar Kateqoriya:Rusiya Federasiyasının əməkdar artistləri Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları