Zemfira Avramovna Sahilova (oset. Цъæхилты Аврамы чызг Земфирæ; d. 24 aprel 1943, Alagir, Şimali Osetiya MSSR, RSFSR, SSRİ) — Sovet və Rusiya teatr və kino aktrisası, pedaqoq, Petrovsk Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, "Katyuşa" Estetika və Gözəllik İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Moskva Mərkəzi İncəsənət İşçiləri Evinin idarə heyətinin üzvü, Rusiya Dizaynerlər İttifaqının üzvü, Rusiyanın əməkdar incəsənət xadimi, Alaniya Şimali Osetiya Respublikasının əməkdar incəsənət xadimi.
Həyatı 24 aprel 1943-cü ildə Şimali Osetiyanın Alagir şəhərində anadan olmuşdur.
1966-cı ildə Boris Şşukin adına Teatr Məktəbində B. Y. Zaxava və A. İ. Borisovun kursunu bitirmişdir. Təhsil aldığı illərdə Vaxtanqov teatrında çıxış etmişdir. Daha sonra Mossovet adına teatrda fəaliyyət göstərmişdir. 1960-cı illərin sonunda teatrın əsas heyətinin tərkibində Vadim Beroyev və Tatyana Bestayeva ilə yanaşı, səhnəyə "Osetin qışlağı" adlı gənclərdən ibarət qrup da çıxırdı. Gənc olmalarına baxmayaraq, həmin dövrdə xeyli məşhurluq əldə etmişdilər.
Zemfira Sahilova 1970-ci illərdə teatrı tərk etmiş və gələcək fəaliyyətini kinematoqrafla bağlamışdır.
1966-cı ildən 1982-ci ilədək 30-dan artıq Sovet kinofilmində müxtəlif rollar ifa etmişdir.
Tanınmış Azərbaycan kinorejissoru Həsən Seyidbəylinin "Sən niyə susursan?" kinofilmində çəkilən Zemfira Sahilovanın, bu filmin köməyi ilə kino aktrisası kimi ampluası müəyyən edildi. Bundan sonra onu tez-tez gözəl qadınların, daha çox SSRİ-nin cənub və şərq xalqlarının nümayəndələrinin rolunu ifa etmək üçün kinoya dəvət edirdilər.
1993-cü ildə "Katyuşa" Estetika və Gözəllik İnkişaf Mərkəzini təsis etmişdir. Bu, 4 yaşından 17 yaşına qədər uşaqların qeyri-kommersiya maarif təsisatı idi.
Moskva Mərkəzi İncəsənət İşçiləri Evinin idarə heyətinin və Rusiya Dizaynerlər İttifaqının üzvüdür. Rusiyanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
O, istedadlı, ehtiraslı, heyranedici dərəcədə gözəldir.
Filmoqrafiya İstintaq davam edir (film, 1966) — Mustafayeva Sən niyə susursan? (film, 1966) — Sürəyya Gündüz seansına iki bilet (film, 1966) — Tonya İnsan məskən salır (film, 1967) — Ədilə Bir insan yaşayırdı (film, 1968) — Maro Bir yay üçün on qış (film, 1969) — Sanda Sonuncu qar (film, 1970) (qısametrajlı) Ləng hərəkətin partlayışı (film, 1970) Qırmızı boran (film, 1971) — Tekla Kojokaru İtmiş fəxri fərman (film, 1972) — Odarka Sonuncu qayduk (film, 1972) — Veronika İnsan güləndə (film, 1973) — İnqa Yayın ortasında (film, 1975) — Mariya Kapitan Nemo (film, 1975) — Nemonun arvadı Yolüstü görüş (film, 1977) (qısametrajlı) — Zahirə De ki, məni sevirsən! (film, 1977) — Zemfira xanım Birisigün, gecəyarısı... (film, 1981) — Elmira Ağabəyova Zağcalar (film, 1982) — Vera Zaqoruyko Gözlənilməz tullanış (film, 1983) — epizod Danışan çeşmə (film, 1985) — Gülsarə İkinci yolla əlavə artım (film, 1986) — Abdullayeva Yalan danışsan öləcəksən (film, 2016) — Yevgeniya Petrovna
İstinadlar
Xarici keçidlər Цахилова Земфира Аврамовна // Осетия и осетины, ДЗАУ, 2009–959 стр. С юбилеем, Земфира Аврамовна!, Пресс-служба Постоянного представительства РСО-Алания при Президенте РФ, 24 апреля 2013 Олег Кусов — Земфира Цахилова: "Я много ролей сыграла в картинах студии "Азербайджанфильм", и полюбила эту республику!", Вестник Кавказа, 21 июля 2014 Олег Кусов — Осетинский кишлак (интервью) // Радио Свободы, 26 февраля 2003 Негосударственное образовательное учреждение "Центр развития эстетики и красоты "Катюша" Киноленты Земфира Цахилова
Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Rusiya teatr aktrisaları