Gəraylar (Geraylar, GiraylarQırım tarihı. E. Çubarovnıñ muarrirliginen. Aqmescit. Tezis. 2009 /История Крыма. Под ред. Э. Чубарова. Симферополь. Тезис. 2009/ ISBN 978-966-470-016-7. (əski ərəb əlifbası ilə: كرایلر; tək halda: (Gəray) كراى) — Krımda, XV əsrin əvvəllərindən 1783-cü ilə qədər — Krım xanlığının Rusiya imperiyası tərəfindən işğalına qədər, hakimiyyətdə olmuş hökmdar sülaləsi.
Sülalənin banisi Krımın ilk xanı olmuş I Hacı Gəraydır. O, uzun müddət Krımın Qızıl Ordadan ayrılması və müstəqilliyi uğrunda mübarizə aparmışdır. I Hacı Gərayın nəsil şəcərəsi barədə bir neçə versiya mövcuddur ki, bu da tarixçilər arasında mübahisələrə yol açır. Gərayların özlərinin rəsmi açıqlamalarına görə onlar Çingiz xanın nəslindəndirlər. Amma ehtimal var ki, əslində I Hacı Gəray heç də Çingiz xan nəslindən yox, əslində məşhur monqol-türk mənşəli gəraylar nəslindən idi və onun Çingiz xan nəslindən olması sonradan uydurulmuşdur.
Bu sülələnin bəzi nümayəndələri isə Kazan, Həştərxan və Qasım xanlıqlarında hakimiyyətdə olmuşlar.
Sülalənin nümayəndələrində biri - Dövlət Gəray, tarixdə daha çox, Rus çarı İvan Qroznı ilə etdiyi müharibələri ilə yadda qalmışdır.
Hal-hazırda bu nəsildən olan və Londonda yaşayan Cəzzar Pamir Gəray Krım taxtının qanuni varisi hesab edilir.
"Gəray" sözü haqqında Bu söz, sülalənin banisi olan I Hacı Gərayın adı idi və I Hacı Gərayın 6-cı oğlu olan I Mənqli Gəray tərəfindən soyadı kimi qəbul edilmişdir, - mənası "doğru", "ədalətli" deməkdir.
I Hacı Gəray nəslindən olan Qasım xanları
Nurdövlət1466, 1474—1475, 1476—1478-ci illərdə Krım xanı idi. (I Hacı Gərayın oğlu), 1486—1490 Satılqan (Nurdövlətin oğlu), 1491—1506 Canay, (Nurdövlətin oğlu), 1506—1512
Gəraylar sülaləsindən olan Kazan xanları
Sahib Gəray A.o.1501— v.e.1551; 1524—1532-cü illərdə Krımda (qalğa), 1524—1532-cü illərdə isə xan olmuşdur. (I Səadət Gərayın oğlu), 1521—1524. Səfa GərayA.o.1510—v.e.1549; Sahib Gərayın qardaışı oğludur. (Fəth Gərayın oğlu), 1524—1549. Utyamış GərayA.o.1546—v.e.1566. (Səfa Gərayın oğlu), 1549—1551.
Gəraylar sülaləsindən olan Həştərxan xanları Bahadır Gəray (I Mehmed Gərayın oğlu), 1522—1523.
Ailə şəcərəsi
İstinadlar
Xarici keçidlər Хронология правлений крымских ханов
Ədəbiyyat Олекса Гайворонский «Созвездие Гераев» Ибраим Абдулла — Предки Гераев: исторические версии и факты Базилевич Василий Митрофанович. Из истории московско-крымских отношений в первой половине XVII века
Həmçinin bax Krım xanları
Kateqoriya:Türk sülalələri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Krım tarixi Kateqoriya:Avropanın kral sülalələri Kateqoriya:Krım xanları