Vanessa Hacens (; ) — amerikalı aktrisa və müğənni.
Bioqrafiya Vanessa Hacens Kaliforniyanın Salinas şəhərində anadan olmuşdur. Onun bacısı Stella Hacens də həmçinin aktrisa kimi fəaliyyət göstərir. Hacensin debüt etdiy ilk film 2003-cü il istehsalı "13 (Thirteen)" olmuşdur. Növbəti ildə isə "Thunderbirds" filmində rol almışdır. Yeniyetmə vaxtlarından bir çox televiziya serialı və filmlərdə iştirak etsə də, ona əsas uğur qazandıran 2006-cı il isthesalı "Orta məktəb tamaşası" filmi olmuşdur. Sonrakı illərdə "Hollywood Records" şirkətinin albom təklifi ilə razılaşmış və 2006-cı ilin sentyabrında ilk albomu olan "V"-ni satışa çıxarmışdır. Albom Billboard 200-də 24-cü pilləyə qədər yüksəlməyi bacarmışdır.https://archive.today/20120629134146/www.billboard.com/bbcom/search/google/article_display.jsp?vnu_content_id=1003219507 2007-ci ildə "Orta məktəb tamaşası 2" filmində yenidən rol aldı. Sayca ikinci albomu olan "Identified" isə 1 iyul, 2008-ci il tarixində işıq üzü görmüşdür. Həmin ildə çəkilmiş "Orta məktəb tamaşası 3" filmində yenidən Qabriella Montez obrazını canlandırdı.
Filmoqrafiya + Film İl Ad Rol 2003 13 Noel 2004 Thunderbirds Tintin 2006 Orta məktəb tamaşası Qabriella Montez 2007 Orta məktəb tamaşası 2 Qabriella Montez 2008 Orta məktəb tamaşası 3 Qabriella Montez 2009 Bandslam Sam 2011 Beastly Lindy Taylor 2011 Qadağan olunmuş fənd Blondi 2012 Səyahət 2: Sirli ada Keylani 2013 Gimme Shelter Agnes "Apple" Bailey 2013 The Frozen Ground Sindi Polson 2013 Spring Breakers Kendi 2013 Maçete öldürür Cereza
Diskoqrafiya
Albomlar 2006 — V 2008 — Identified
Sinqllar 2006 — "Come Back to Me" 2007 — "Say OK" 2008 — "Sneakernight"
Saundtreklər 2006: High School Musical 2007: High School Musical 2 2008: High School Musical 3: Senior Year 2009: Bandslam
İstinadlar
Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Hollywood Records artistləri Kateqoriya:ABŞ protestantları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ-nin Roma katolikləri