Monqolustan tarixi — Monqolustanın keçmişi.
Monqollara qədərki tarix Mərkəzi Asiyanın köçəri cəmiyyətinə quldarlıq təsərrüfatı məlum deyildi. Burada ibtidai icma quruluşundan birbaşa feodalizm ictimai-iqtisadi formasiyaya keçilmişdi. Feodal münasibətləri ilə yanaşı burada mürəkkəb etnoqenez inkişaf edirdi. Bunun gedişində bir çox qəbilə və tayfalar qovuşaraq yeni və daha böyük etnik birliklər- xalqları təşkil edirdilər.
Monqol çölləri bir çox müasir türk, monqol, Asiya və Avropa xalqlarının təşəkkül tapdığı və formalaşdığı ərazidir.
Monqolların formalaşması Çin mənbələrindən məlum olur ki, VIII əsrdə Çinlə sərhəddə Monqus dövləti mövjud olub. Bu dövlətin əhalisi monqolları təşkil edirdilər və daima Sin imperiyasının narahat edirdilər. Tatarlar bu dövlətlə öyünərək qəhrəmanlıq göstərən əsgərlərə monqol adı ilə mürajiət edirdilər.
Monqol tayfaları köçəri həyat tərzi keçirirdilər. Tayfalarda mal-qara və otlaqlar ümumi mülkiyyəti təşkil edirdi. Qəbilə başçısı ətrafında salınmış məskənlər kuren adlanırdı. Lakin sonradan tayfa içərisindən adlı-sanlı adamların çıxmasından sonra kurenlər dağıldı və onları aillər əvəz etdi. Yeni patriarxal- feodal münasibətləri şəraitində aid kurenlərə nisbətən daha məqsədyönümlü köçəri təsərrüfatı təşkil edirdi. Lakin kurenlərdən ail təsərrüfat həyat tərzinə keçid uzun müddət ərzində baş verirdi.
Köçəri təsərrüfat şəraitində sinifli jəmiyyətə keçid dərhal olmur, qəbilə münasibətləri öz mövjüdluğunu saxlayır. Monqol tayfalarından qəbilə ijmasının izləri feodalizmin meydana gəlməsindən sonra da saxlanılmışdır. Feodalizm Monqol çöllərində bir çox jəhətlərinə görə digər ölkələrdən fərqlənirdi. Birinjisi feodal münasibətləri burada meydana gəlib və inkişaf etmişdi əkinçiliyə əsaslanmayaraq, o, köçəri maldarlıq təsərrüfatına söykənirdi. İkinjisi, feodalizmin Monqolustanda quldarlıq quruluşunun dağıdılması şəraitində yaranmamışdır, burada feodal münasibətləri ibtidai ijma quruluşunun dağılması nətijəsində yaranmışdır.
Bir çox ölkələrdəki kimi burada da feodalizmin əsasını natural təsərrüfatı təşkil edirdi. Təbii ki, köçəri-monqolların əkinçilik məhsullarına, sənətkarlıq mallarına, dəmir məmulatlarına və s. ehtiyajları vardır. Monqollar bu ehtiyajları Çin və Orta Asiya tajirləri vasitəsilə ödəyirdilər. Monqol çöllərində tijarətdə daha çox uyğur və müsəlman tajirləri fəal idi. Onlar monqolların tijarət mallarındakı ehtiyajlarını atlara və digər ev heyvanlarına mübadilə edirdilər. Lakin belə tijarət natural təsərrüfatını dağıtmaq iqtidarında deyildi və o, monqol jəmiyyətində daima əsas yer tuturdu. ²
Monqol jəmiyyətində qadınlar mühüm yer tuturdular və geniş azadlıq və hüquqlara malik idilər. Onlar at çapır, ox atmağı bajarırdılar. Qadınlar daima zəhmət çəkməli idi. Onlar mal-qaraya baxırdılar, paltar tikirdilər, yemək hazırlayırdılar və s. işlər görürdülər. ³
Monqol tayfalarının əksəriyyəti şamançılığa sitayiş edirdilər. Monqolların "kam" adlandırdıqları şamanlar təbiblik edir və baxıjılıqla məşğul olurdular. Ruhlara inam daha böyük idi. Monqollar arasında daha ehtiramla yad olunan ruh səma ruhu idi. Onu Tengri adlandırırdılar. Sonralar monqollar Çingizxanın ruhuna da sitayiş etməyə başlamışdılar.
Monqol qəbilələri yalnız ideya baxımından vahid Monqol əhalisini təşkil edirdilər. Qəbilə tərkibində daima ağsaqqallara qarşı çıxan sıravi insanlar vardı. Belə igidlər jəmiyyətin aşağı pilləsində olmaqdan imtina edərək çox vaxt qəbilə daxilindən uzaqlaşırdılar və "uzun iradəli adamlara" çevrilirdilər.
Bunları çin mənbələrində "babşen", yəni "ağsümüklər" adlandırırdılar. ¹ Bu insanların taleyi çox vaxt fajiəvi olurdu. Cəmiyyətin köməyindən məhrum olan bu insanlar meşə ovçuluğu ilə, balıqçılıqla, yığıjılıqla yaşamaq naminə məcbur olurdular. Anjaq bu amil də yaşamaq üçün kifayət etmirdi, çünki monqollar bir çox quşlardan və balıqlardan qida kimi istifadə etmirdilər. At və mal-qara əldə etmək üçün "jəmiyyətdən qovulmuşlar" oğurluqla, quldurluqla məşğul olmalı idilər. Lakin onların çoxu ələ keçirilərək öldürülürdülər. Vaxt ötdükjə belə insanlar birləşərək ayrı-ayrı dəstələr yaradıb özlərinə hərbi rəhbər seçirdilər və mütəşəkkil qaydada qəbilələrə müqavimət göstərirdilər. "Jəmiyyətdən qovulmuşlar"ın getdikjə sayı artırdı.
XI–XII əsrlər XII əsrdə monqollar geniş bir ərazidə məskən salmışlar. Baykal və Amur şərqdə, qərbdə İrıtş çayının yuxarılarına və Yeniseyə qədər, jənubda Qobi səhrası və Böyük Çin səddi, şimalda Jənubi Sibir¹. Monqollar əsasən çöllərdə tayfa-qəbilə halında yaşayır və köçəri maldarlıqla məşğul olurdular. Onların sərvəti böyük at ilxılarından, qaramal naxırlarından və qoyun sürülərindən ibarət idi. Çöl heyvanlarını ovlamaq yardımçı məşğuliyyət sayılırdı. Mal-qarası olmayan yoxsullar balıq ovu etmək, yeməli köklər qazıyıb çıxarmaq və qızılquşlarla quş ovuna çıxmaqla məşğul olurdular. "Monqolların nəsli haqqında qiymətli rəvayətlər"¹ əsəri monqolları "keçə alaçıqlarda yaşayan" adamlar nəsli adlandırır.
XII əsrdə monqollar arasında artıq qəbilə münasibətləri dağılmaqda idi. Qəbilələr içərisindən daha varlı maldar təsərrüfatlar ayrılmağa başladı ki, bunlar ailə şəklində köç salmağı üstün tuturdular. Bu monqol qəbilələrində təbəqələşmə əmələ gəldiyini göstərirdi. Qəbilələr dağıldıqja birləşmələr- ordular yaranırdı və müxtəlif qəbilələrin ayrı-ayrı hissələri bu birləşmələrə daxil olurdular. Belə birləşmələrin başında hərbi rəislər-bahadırlar və noyonlar dururdu. Xeyli köçərini öz hökmranlığı altında birləşdirə bilən noyonlar və bahadırlar xan titulu daşıyırdılar.
Noyonların tayfasına mənsub olan istehsalçılar xaraçular adlanırdı. Onlar noyonlara tabe idilər. Xaraçuların adı əsgərlərdən və ya azad adamlardan fərqi bunda idi ki, onlar noyonların xeyrinə bir sıra mükəlləfiyyətlər icra edirdilər. Noyonlara kumız verir, onların sürülərini otarır, qoyunlarını qırxır, basqınlarda və qarətlərdə iştirak edirdilər.
Monqolların sahib olduqları qullar tezliklə təhkimli rəiyyət və ya monqolji unaqan-boqol vəziyyətinə düşürdülər. Məğlub edilərək itaət altına alınan bütöv tayfalar da unaqan-boqollara çevrilirdilər. Monqolların ov məhsullarını və hərbi qəniməti noyonlarla bölüşdürən imtiyazlı bir zümrə- tarxan vardı.
Lion şəhərində keçirilən qurultaydan sonra monqollarla danışıqlar üçün Roma Papası tərəfindən göndərilmiş kilsə xadimi Jovanni del Plano Karpininin məlumatına görə Monqol adlanan torpaqlarda nə vaxtlarsa dörd xalq yaşayırdı: birinji Yekə-Monqol, ikinji Su-Monqol, onlar özlərini torpaqlarından keçən çayın adından fatar adlandırırdılar. Üçünjü merkit, dördünjü mekrit adlanırdı. Bütün bu xalqlar ayrı-ayrı ərazilərdə, ayrı-ayrı tayfalarda yaşamaqlarına baxmayaraq, eyni dil və eyni sifət quruluşuna malik idilər.
XII–XIII əsrlərdə monqol çöllərində tatar, toyçiut, kerait, noymon, merkit və s. tayfalar yaşayırdılar. Qonşu dövlətlər çox vaxt bu ərazidə yaşayan xalqları vahid bir adla-tatar adlandırırdılar, çünki onlar Böyük Çin səddi sərhədlərində məskən salaraq bir çox basqınlarda və qonşu ərazilərə yürüşlərdə şöhrətli idi. Orta əsrlərdə Çin tarixçiləri "tatar" anlayışını Avropada "barbar" anlayışı ilə eyni tuturdular. Çinlilər onlardan şimalda yaşayan, Monqol çöllərindəki bütün tayfaları tatar adlandırırdılar. ³
XIII əsrə kimi "monqol" anlayışı məlum deyildi. Rəsmi surətdə bu ad yalnız vahid Monqol dövlətinin yaradılmasından sonra ortaya çıxmışdır.
XII əsrin sonunda monqol tayfaları arasında vəziyyət kəskinləşmişdi. Bunun əsas səbəbi əyanların yaranması və onların daha geniş otlaq, çoxlu mal-qara və qul əldə etmək istəyi idi. Monqol tayfaları olan naymanlar, keraitlər, tayçiutlar, tatarlar və s. qənimət ələ keçirmək uğrunda kəskin mübarizə aparırdılar. Məğlub edilən tayfalar qaliblərdən asılı vəziyyətə düşürdülər. Artıq tarixi baxımından çöllüklərdə mərkəzləşdirilmiş dövlətin yaradılması zəruri idi.
Çingiz xan və Monqolustanın birləşdirilməsi
XI əsrin sonunda bir çox tayfa ittifaqları vahid dövlət qurumları halında birləşməyə başladılar. Belə dövlət qurumlarından biri Onon və Kerulen çayları ətrafında yaranmış "Xamaq Monqol ulusu" idi. Sonqol tayfalarının nirun adlanan hissəsi öz yaranması tarixlərini, mənşələrini Alan-Qoa qəbiləsinə şamil edirdilər. Kiyat adlanan monqollar isə öz mənşəyini ilk monqol hökmdarı Xabul-xana bağlayırdılar və kiyat-borjiqinlər adlanırdılar. XII əsrin ortalarında kiyat-borjiqinlərin rəhbəri "Xamaq Monqol ulus" dövlət qurumunun ilk xanının nəvəsi Yesuqey-baatur idi.
Yesuqey monqol tayfalarını birləşdirən ulusun başçısı idi. Onun günü yürüşlərdə və dövlətlərdə keçirdi. Onun qorxusu altında bir çox ailələr və qəbilələr onun bayrağı ətrafına birləşirdilər.
Tatarlara qarşı yürüşlərin birində əsirlər arasında tanınmış tatar qəbiləsi başçılarından biri Temurçin də vardı. Evə dönərkən Deliun-buldaq adlı yerdə, Onon çayının sağ sahilində Yesuqeyin arvadı Oelunun oğlu anadan oldu. oğlunun doğulmasını yaxşı hal hesab edərək tanınmış əsirinin adının şərəfinə oğlunun adını Temuçin qoydu. Temuçin türksoylu tatar dilində "dəmirçi" demək idi.
Bu hadisə 1155-ci ildə baş vermişdir.
Temuçinin 9 yaşı olanda atası onu unqirat tayfasının başçısı Day-seçenin qızı Borte ilə nişanladı. Lakin elçilikdən geri dönərkən Yesuqey tatarlar tərəfindən zəhərləndi və üç gündən sonra evində öldü.
Yesuqeyin ölümündən sonra onun Onon çayı sahilində yaratdığı ulus dağıldı. İlk olaraq tayçiutlar getdi, sonra isə digər bütün tayfalar. Yesuqeyin ailəsi ağır vəziyyətə düşdü. Dul qalan Oelun balaja uşaqlarını ağır şəraitdə, ovçuluq, yığıcılıq və balıqçılıq etməklə dolandırmalı oldu. beləjə "cəmiyyətdən qovulmuşlar" "uzunömürlü azad adamlara" çevrildilər.
Yesuqeyin uşaqları arasında baş vermiş ixtilafdan (Temuçin ögey qardaşı Bekteri öldürmüşdü) sonra tayçiut başçısı Tarqutay-Kiriltux "jəmiyyətdən qovulmuşlara" hüjum edərək Temuçini əsir apardı. Tayaiutların yurdunda Temuçin qula çevrilərək ağır dəmirçi işləri görməli olur. Lakin bu çox çəkmir. Temuçin gözətçini öldürərək əsirlikdən qaçır.
Az sonra Temuçin unqirat tayfasının başçısının- Doy-seçenin qızı Borte ilə evlənərək bu tayfanın köməyini qazanır. arvadının jehizini atasının qan qardaşı ("anda") kerait tayfasının başçısı Toğrul-xana öz adından hədiyyə kimi təqdim edərək onun şimayəsini qazanır. Bundan başqa Temuçin uşaqlıq dostu, andası, jadjirat tayfasının başçısı Jamuxa-seçenlə də yaxınlaşdı. Artıq Temuçin tayaiutlardan çəkinməyə bilərdi. Lakin yeni təhlükə merkit tayfası tərəfindən gəldi. Merkitlər Temuçinin keraitlərlə əlaqəsindən çəkinir, onun güjlənməsini istəmirdilər. Bundan başqa merkitlər Temuçini məğlub etməklə Yesuqeydən qisas almış olardılar (Yesuqey merkit Jiledunun nişanlısı Oelunu qaçırmışdı).
1176-cı ildə merkitlər hüjum edərək Temuçinin ailini talan edərək onun arvadı Borteni əsir apardılar. Əsir düşməkdən xilas olan Temuçin keraitlərdən kömək istədi. Kömək dərhal gəldi. Toğrul-xan, Camuxa və Temuçinin azsaylı qüvvələri 1177-ji ildə qəflətən merkitlər üzərinə hüjum edərək onları məğlub etdilər. Borte əsirlikdən xilas edildi. Çoxlu qənimət ələ keçirildi.
Temüçin heç vaxt merkitlərin bu hüjumunu unutmayır. Hülakülər dövlətinin vəziri Fəzlullah Rəşidəddinin sözlərinə görə "o, əmr etmişdir ki, bütün merkitlər qırılsın, heç bir nümayəndəsi sağ qalmasın, çünki bu tayfa çox qiyamçı xalqdır".
Möhtəşəm qələbə və güclü müttəfiqlərin olması Temuçinin vəziyyətini kökündən dəyişdi. Onun yanına yeni ailələr gəldi, atasının müttəfiqlərinin oğulları, "jəmiyyətdən qovulmuşlar" və s. Temuçini kiçik ordanın başçısına çevirdi. Anjaq onun ordası tayfalardan deyil, "uzun iradəli adamlardan" ibarət idi. Onun yanına ilk dəfə gələnlər Boorçu və Jelme olmuşdu. Temuçin Jamuxa ilə dostluğu 1180-jı ilə kimi davam etdi.