Telavi (, ) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı.

Əhalisi — 19 629 nəfər (2014).

Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir.

Tarixi Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur.

Görməli yerləri VIII—XVIII əsrlərə aid qala; 800 yaşlı çinar ağacı; Telavi Dram Teatrı; Ətrafında: Şuamta monastırlar kompleksi (V—XVI əsrlər); İkaltoy akademiyasının xarabalıqları (XI—XII əsrlər) (rəvayətə görə Şota Rustavelli burada oxumuşdur)

Tanınmış adamları

Doğulanlar Henrix Malyan (1925—1988) — rejissor, SSRİ xalq artisti (1982) Kaxi Asatiani (1947—2002) — gürcü əsilli sovet futbolçusu, məşqçi.

Maraqlı faktlar Telavi Georgi Daneliyanın məşhur "Mimino" filmində hadisələrin cərəyan etdiyi yerlərdən biridir. İosif Stalinin atası Telavidə vəfat etmişdir.

Şəhər mərkəzinin panoramı <center> 900px </center>

İstinadlar

Xarici keçidlər Telavidə hava proqnozu

Kateqoriya:Gürcüstan şəhərləri Kateqoriya:Telavi Kateqoriya:Gürcüstanın adı dəyişdirilmiş yaşayış məntəqələri Kateqoriya:Telavi bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Tiflis quberniyası Kateqoriya:I əsrdə yaranan yaşayış məntəqələri