XVI Karl Qustav (; ) — indiki İsveç kralıdır. Qustav Adolf Bernadot və Sibilla Sakse-Koburq-Qotanın tək oğludur. Atası öldüyü üçün taxta babasından sonra o keçmişdir.
Uşaqlığı Karl Qustav 1946-cı ildə Stokholmda anadan olmuşdur. Onu xaç suyuna Uppsala arxiyepiskopu Erlinq Eydem salmışdı. O anadan olan kimi Yamtland hersoqu tituluna sahib olmuşdur. Atası erkən yaşda öldüyü üçün 4 bacısı ilə babasının yanında böyüyən Karl Qustav bu haqda 2005-ci ildə bir nitqində danışmışdı"Birgitta: Jag är rörd till tårar" "Birgitta: Jag är rörd till tårar" (isveçcə) Aftonbladet jurnalı. 12 yanvar 2005. Orta təhsili bitirdikdən İsveç Donanması, İsveç Ordusu və İsveç Hava Qüvvələrində 2 il yarım təhsil görən Karl donanmada leytenant, orduda isə kapitan rütbəsinəcən yüksəldi. Uppsala Universiteti və Stokholm Universitetini bitirən Karl bir çox xarici şirkətdə idarəetmə barədə təlim keçdi.
Krallığı 1973-cü il, sentyabrın 15-i təntənəli şəkildə kral olan Karl İsveç kralları içində ən qısa titul işlədən adam olmuşdur. Belə ki, o babasının "Tanrının izni ilə İsveçlilərin, Qotların və Vendlərin kralı" (lat. Dei Gratia Suecorum, Gothorum et Vandalorum Rex) titulundan imtina etmişdir. Özünə xüsusi şüar hazırlatmışdır. Kralın hüququ və vəzifəsi çox azdır. O təkcə mərasimlərdə vəzifə yerinə yetirir, açılışlar edir. Baş naziri təyin edə bilmir. Onun vəzifələri arasında xaricə rəsmi səfərlər etmək və qonaq qəbul etmək, parlament sessiyaları açmaq və postuna yeni gəlmiş xarici dövlət başçılarına təbrik məktubları yazmaqdır. O, həm də hər il Nobel mükafatını təqdim edir.
Ailəsi Kral 1976-cı ildə Silvia Sommerlat ilə evləndi. Onların toy mərasimində ABBA qrupu "Dancing Queen" adlı mahnılarını ifa etmişdi. Onların üç övladı var: Viktoriya Bernadot — vəliəhd, Vasterqotlandiya hersoqinyası — 1977-ci ilin 14 iyul tarixində anadan olmuşdu. 2010-cu ildə isə Daniel Veslinq ilə evlənmişdi. 1980-ci ildə qəbul edilən qanuna görə kralın bütün övladları bərabər vəliəhdlik hüququna malikdir. Yəni vəliəhd qadın da ola bilər. Buna görə də vəliəhdlik kiçik qardaşından sonra Viktoriyaya keçmişdi. İndiki kralın ölümündən sonra taxt Viktoriyanın olacaq.SOU 1977:5 Kvinnlig tronföljd, p.16. Karl Filip Edmund Bertil Bernadot — Vermlandiya hersoqu. 13 may 1979-cu ildə anadan olmuşdu. Madeleyn Tereza Ameliya Jozefina Bernadot — Halsinqlandiya və Qastriklandiya hersoqinyası. 10 iyun 1982-ci ildə anadan olmuşdu.
Kral indiki bütün Avropa monarxları ilə qohumdur.
İstinadlar
Kateqoriya:İsveç kralları Kateqoriya:Bernadotlar Kateqoriya:Hersoqlar Kateqoriya:Uppsala Universitetinin məzunları Kateqoriya:"Dövlət nişanı" ordeni (Türkiyə) laureatları Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:XX əsr monarxları Kateqoriya:XXI əsr monarxları Kateqoriya:Kolleksiyaçılar Kateqoriya:Skaut hərəkatı şəxsləri Kateqoriya:Böyük Britaniya admiralları Kateqoriya:Fəxri doktorlar Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Stokholm leni şəxsləri