thumb|250px|right Basklar ölkəsi (; ) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir.

İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir. Regiona muxtariyyət 25 İyul 1979 tarixində verilmişdir. Region öz daxilində təhlükəsizliyini Ertzaintza deyilən polis təşkilatı ilə təmin etməkdədir.

Hökumət

Regiondakı qanunlar Muxtar ölkəni üç vilayətdən ibarət olan bir federasiya olaraq idarə edir. Bu sistem 1200-cü ildən bəri regionda fasilələrlə istifadə edilən Foral Sistemi'dir. Fransisko Frankonun 1978-ci ildə tərtib etdiyi Konstitusiya regiona tarixi bir haqq olaraq geniş səlahiyyətlərlə bir muxtariyyət statusu vermişdir. Bask Parlamenti və hökuməti Vitoria - Gasteiz də yerləşir. Parlamentdə 25 nümayəndə iştirak edir və bu nümayəndələrin səsləriylə Regionun Baş naziri (Lehendakari) seçilir. 1937-ci ildən bəri baş nazirlər Bask Milliyyətçi Partiyasından seçilir. Bask Ölkəsi öz polis təşkilatına (Ertzaintza) və öz radio/televiziyasına (Euskal Irrati Telebista) malikdir və digər güclər Gernika Aktı ilə zəmanət altındadır.

Gündəlik həyat

Aparılan son tədqiqatlar zamanı məlum olmuşdur ki, baskların 28.2% muxtariyyətin sərhədlərindən kənarda dünyaya gəlirlər.

Dillər

Bask dili və ispan dili bölgədə rəsmi dillərdir. 1984 cü ildə edilən bir dil ilə əlaqədar siyahıya almada xalqın 23%-inin Bask dilini başa düşdüyü, 21%-inin danışa bildiyi, 13%-inin oxuya bildiyi və 10%-inin isə yaza bildiyi ortaya çıxmışdır.

Torpaq problemləri

Regiondakı Bask millətçiləri Navarra torpaqlarının tarixi Bask ölkəsinin olduğunu və paytaxtlarının da Pamplonaya köçürülməsi iddiasındadırlar . Bask Hökuməti, Navarranın simvolu olan Laura Bat gerbini illərdir ki, istifadə edir.

İqtisadiyyat

Bask ölkəsi adam başına düşən 30,680 ABŞ dolları gəlir ilə İspaniyanın ən zəngin regionlarından biridir.

Siyasi problemlər

İspaniyada bəzi digər ərazilərdə olduğu kimi Basklar ölkəsi də siyasi müstəqillik tələb edir. İspaniya rəsmiləri isə İspaniyanın heç vaxt parçalanmayacağını, basklara ən yaxşı halda Ali Muxtariyyət hüququnun verilə biləcəyni bildirirlər. Hal-hazırda Basklar ölkəsi Ali Muxtariyyətə sahibdir. Lakin ərazidə yaşayan əhalinin 65%-i tam müstəqil olmağın tərafdarıdır. Baskların siyasi yöndə iki tələbləri var. Bunlardan birincisi Navarranın basklarla sərhəd olan ərazilərinin onlara verilməsidir. Digər tələb isə müstəqil respublikanın yaradılmasıdır. Baskların müstəqilliyi naminə mübarizə apardığını bildirən ETA təşkilatı 52 ildir ki, bu hədəflərin heç birinə nail ola bilməmişdir. Baskların çox az bir qismi ETA-nın tərəfini tutur. Bunun əsas səbəbi kimi, onlar müstəqilliyə gedən yolun terrorla yox, düzgün siyasi addımlarla mümkün olacağını düşünürlər. Baskların siyasi təşkilatlarından ən radikalı Batasunadır. İspaniyada çoxları ETA-nı Batasunanın hərbi qanadı hesab edirlər. Batasuna açıq formada ən qısa zamanda müstəqil dövlətin yaradılmalı olduğunu bildirirdi. 2003-cü ildə İspaniya dövləti Batasunanı separatçılıq fəaliyyətinə görə bağlamışdır. Ona tabe olan digər partiya isə 2008-ci ildə bağlanmışdır.

Siyasi partiyalar

Bask avtonom regionu daxilində bir çox siyasi partiya mövcuddur. Bunlar; Bask Milliyyətçi Partiyası (EAJ/PNV) Batasuna Aralar Bask Ölkəsi Kommunist Hərəkatı Bask Ölkələri Kommunist Partiyası Bask Ölkəsi Kommunist Partiyası Bask həmrəyliyi Ezker Batua/Sol İttifaq Xalq Partiyası Bask Ölkəsi Sosialist Partiyası Zutik

ETA

ETA — Basklar ölkəsinin müstəqilliyi naminə silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatdır. 1959-cu ildə Franko diktaturasına qarşı mübarizə məqsədilə yaranmışdır. 1962-ci ildə təşkil olunan bask solçu-milliyyətçilərinin plenumunda təşkilatlanma prosesini başa çatdıran ETA, özünün əsas məqsədi kimi müstəqil bask dövlətinin (Euskadi) yaradılmasını qarşıya qoymuşdur. Goiz Argi . Goiz Argi. Retrieved on 30 January 2011. Goiz Argi . Goiz Argi (27 January 2002). Retrieved on 2011-01-30. ETA-nın emblemi baltaya sarılmış ilandır. Bununla Bask xalqının sonsuz azadlıq arzusu ifadə edilir.Quiosco | El Mundo en ORBYT . Elmundo.es. Retrieved on 30 January 2011.ETA, una serpiente vacilante . elmundo.es. Retrieved on 30 January 2011.De patrulla por Vitoria . elmundo.es (24 March 2006). Retrieved on 30 January 2011.

1968-ci ildə silahlı mübarizəyə başlayan ETA 829 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır.ETA has killed 829 people as of 19 January 2011 , Spanish Ministerio del InteriorPeace at Last? | People & Places | Smithsonian Magazine . Smithsonianmag.com. Retrieved on 30 January 2011. ETA İspaniya və Fransa tərəfindən rəsmi olaraq terror təşkilatı kimi tanınmışdır. French list of terrorist organizations, in the annex of Chapter XIV Bu ölkələrdən başqa Avropa İttifaqıEU list of terrorist organizations |43.6 KB}} və Amerika Birləşmiş ŞtatlarıForeign Terrorist Organizations (FTOs). Web.archive.org (9 July 2008). Retrieved on 30 January 2011. tərəfindən terror təşkilatı kimi tanınmışdır.

Qalereya

Həmçinin bax Bask Milliyyətçi Partiyası ETA Latxa

İstinadlar

Xarici keçidlər [ Http://www.euskadi.net Bask Muxtar Region hökuməti ]

Kateqoriya:Basklar ölkəsi Kateqoriya:Avropa Birliyində NUTS 2 statistika regionları Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Separatizm Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:1979-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1978-ci ildə yaranmış dövlətlər və ərazilər