Mustafa Lütfi Sədrəddin oğlu İsmayılov-Şirvanski və ya Mustafa Lütfi Şirvani (; mühacirətdə: Mustafa Lütfi Azər; ) — müəllim, şair, jurnalist, Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzetinin redaktoru və naşiri. I cağırış TBMM-nin millət vəkili (1920–1923).
Həyatı Mustafa Hacı Sədrəddin oğlu İsmayılov (Mustafa Lütfi Şirvani) 1876-cı (Zaqafqaziya Sünni Ruhani İdarəsinin verdiyi şəhadətnamədə 1873-cü, öz tərcümeyi-halında 1879-cu) ildə Şirvanın mərkəzi Şamaxı şəhərində doğulmuşdur. Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizmi hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri (İsmayıl Siracəddin Şirvani) kimi tanınan bir pirin müridlərindəndir. 1902-ci ildə Şamaxı mədrəsəsindən icazə alıb sonra İstanbula gəlir. İstanbulda Fateh mədrəsəsində dağıstanlı Əbdülfəttah əfəndinin şagirdi olur. Təhsilini 1905-ci ildə İstanbul Darülmüəllimində tamamlayıb.
Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi-İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül-ədəb" ("ədəb evi", "ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. 1906-cı ildə "Bürhani-tərəqqi", 1907-ci ildə "Həmiyyət", 1911-ci ildə "Haqq" qəzetlərini nəşr etdirmişdir. Abdulla Tukayın "Mustafa" şeiri Mustafa Lütfiyə həsr olunub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan naşirləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan qəzet redaktorları Kateqoriya:TBMM I çağırış deputatları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər