thumb|Sağlam və xəstə süd vəzilərinin müqayisəsi. Süd vəzi xərçəngi — insanın süd vəzisinin toxumalarında meydana gələn xərçəng xəstəliyi növü.
Başlıca qadınlarda meydana gəlir; xəstələrin yalnız 1%-i kişilərdir.M. A. Roubidoux: Breast cancer, male. In: Emedicine. Stand vom 24. September 2008. Qərb ölkələrində süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Əksərən xəstələnmələr sporadik meydana çıxır, amma anadangəlmə və qazanılma risk faktorları da mövcuddur. Sağalmayla yanaşı süd vəzisinin saxlanması və hər şeydən əvvəl həyat keyfiyyəti tibbi müalicənin əsas hədəfidir. Müalicə bir qayda olaraq cərrahi əməliyyat, kimyəvi terapiya, hormonal terapiya və şüa terapiyasının xastəliyin stadiyasına uyğun kombinasiyasından ibarətdir. Ayrıca xərçəng immunterapiyası sahəsindən yeni yanaşmalar monoklonal anticisimlərlə də (Trastuzumab və ya Pertuzumab tətbiqi kimi) mümkündür. Tibbi metodlar böyük ölçüdə araşdırmalardakı təcrübələrə əsaslanır. Erkən diaqnozun qoyulması və strukturlaşdırılmış müalicə üçün saysız milli və beynəlxalq proqramlar gələcəkdə ölüm hallarının azalması məqsədini daşıyır.
Epidemiologiya
Qadınlarda süd vəzi xərçəngi ÜST aprel 2021-də Dünya Xərçəng Günündə 2020-ci ildə dünya miqyasında 19,3 milyon insanın xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Ən çox ölüm halı süd vəzi xərçəngi olaraq qeyd edildi, ikinci sırada ağciyər xərçəngi durur. ÜST-ya görə bugünkü ortalama 20 milyon yeni xəstələnmə sayı 2040-a qədər 30 milyona qalxa bilər.https://www.br.de/nachrichten/wissen/zum-weltkrebstag-brustkrebs-haeufigste-krebsart-vor-lungenkrebs,SNwgK3e/ abgerufen am 6. Februar 2021 Süd vəzi xərçəngi qadınlarda ən çox təsadüf edilən invaziv xərçəng növüdür. ÜST-nın dəyərləndirməsinə görə dünya miqyasında ildə təxminən 1.050.000 yeni xəstələnmə baş verir ki, bunun 580.000-i inkişaf etmiş ölkələrdədir. Afrika və Asyada xəstələnmə halları nisbətən nadirdir. 1998-ci ildə 412.000 qadın süd vəzi xərçəngindən öldü, bu cari il üçün ümumi qadın ölümünün 1,6%-i idi. Qərb dünyasında süd vəzi xərçəngi 30–60 yaşlı qadınlar arasında başlıca ölüm səbəbidir.
Kişilərdə süd vəzisi xərçəngi Kişilərdə süd vəzisi xərçəngi ilə xəstələnmə nadirən rast gəlinir. Uqandada bütün süd vəzi xərçəngi xəstələrinin 5%-i, Zambiyada 15%-i kişilərdir. Diaqnoz yuxarı orta yaşlı kişilərdə qoyulur (69,6 yaş). Kişilərdə 5 illik həyatda qalma nisbəti qadınlardan aşağıdır.Hui Miao, Helena M. Verkooijen, Kee-Seng Chia, Christine Bouchardy, Eero Pukkala, Siri Larønningen, Lene Mellemkjær, Kamila Czene, Mikael Hartma: Incidence and Outcome of Male Breast Cancer: An International Population-Based Study. In: Journal of Clinical Oncology. Band 29, 2011, S. 4381–4386, doi:10.1200/JCO.2011.36.8902. Kişilər arasında ölüm halları illik 200-dür.
Kişilərdə süd vəzisi xərçəngi üçün risk faktorları Kişilərdə süd vəzisi xərçənginin tezliyi demoqrafik, genetik, ətraf mühit və endokrin faktorlardan asılı olaraq dəyişir. Genetik risk faktorlarına BRCA2, BRCA1, CHEK2, PALB2 genlərində mutasiyalar aiddir. CHEK2 DNT reparasiyasında iştirak edir. Bu gen hüceyrə dövrü yoxlama nöqtəsi kinazanı (Cell cycle checkpoint kinase) kodlaşdırır. CHEK2-nin mutasiyası ilə kişilərdə süd vəzi xərçəngi yaranma ehtimalı qadınlardan yüksəkdir. Endokrin faktorlara serumda estradiol miqdarının artması, Klayn-Felter sindromu, ginekomastiya, qaraciyər funksiya pozğunluqları aiddir.
Səbəbləri və risk faktorları
Genetik risk faktorları Süd vəzi xərçənglərinin 10%-ə qədəri irsi ola bilər.Erblicher Brustkrebs . Xəstəliyə səbəb olan mutasiyalar xəstələrin yalnız çox az bir qismində tapılır. Xarici təsirlərə qarşı süd vəzi xərçənginin həssaslığını artıran genetik dəyişikliklər daha geniş yayılmışdır. Süd vəzi xərçənginin irsi forması ilə xəstələnməyə ən yüksək ehtimal qadınlarda BRCA1 və BRCA2 genlərində mutasiyanın olmasıdır. Bu genlərin bir allelində olan mutasiya xəstəliyə səbəb olur. Mutant BRCA1 geninin daşıyıcılarının xəstələnmə ehtimalı 65% təşkil edərkən, mutant BRCA2 geninin daşıyıcılarında göstərici 45%-dir.A. Antoniou, P. D. Pharoah, S. Narod u. a.: Average risks of breast and ovarian cancer associated with BRCA1 or BRCA2 mutations detected in case Series unselected for family history: a combined analysis of 22 studies. In: Am J Hum Genet. Band 72, 2003, S. 1117–1130. PMID 12677558.
Tumor supressor genlərindən olan p53 genindəki mutasiyalar autosom-dominant keçir (Li-Fraumeni sindromu), xəstəliyin inkişafı riski 50% təşkil edir. Riski artıran digər gen dəyişiklikləri PTEN (Cowden sindromu), STK11 (Peutz-Yeghers sindromu) və CDH1 genlərindən asılıdır. Ancaq onların mutasiyasının tezliyi və süd vəzisi xərçəngi üçün riskin nə qədər yüksək olduğu bilinmir. Orta dərəcədə nüfuz edən nadir genetik dəyişikliklər mövcud olduqda xəstələnmə ehtimalı orta dərəcədə artar; bu bir sıra genlərə təsir edir: ATM (teleangioektaziya ataksiyaları), CHK2 (yoxlanma nöqtəsi kinaza 2), BRIP-1.M. R. Stratton, N. Rahman: The emerging landscape of breast cancer susceptibility. In: Nature Genetics. Band 40, Nr. 1, 2008, S. 17–22. PMID 18163131. Ümumilikdə yüksək və orta riskli bu gen dəyişiklikləri süd vəzi xərçəngi ilə xəstələnməyə 5%-dən çox təsir etmir.R. Schmutzler, A. Meindl: Das hereditäre Mammakarzinom: Genetik und Prävention. In: Aktuelle Empfehlungen zur Therapie primärer und fortgeschrittener Mammakarzinome. (Hrsg. C. Thomssen für die Kommission Mamma der Arbeitsgemeinschaft Gynäkologische Onkologie e. V.). Zuckschwerdt-Verlag, 2007, ISBN 978-3-88603-916-6. Birinci dərəcəli 2 və daha çox qohumunda süd vəzisi xərçəngi olduqda xəstələnmə ehtimali statistik olaraq artır.Familial breast cancer. In: The Lancet. Band 358, 2001, S. 1389–1399, zitiert nach Uta Wagenmann: Auf der Suche nach dem magischen Krebs-Gen. In: Freitag. 26. April 2002. (freitag.de) Bir neçə fərdində süd vəzisi və ya yumurtalıq xərçəngi olan ailələrə məsləhət mərkəzlərində tumor genetik məsləhəti almaları tövsiyə edilir. Xəstəliyin meydana çıxma ehtimalı yüksək olan qadınlarda istəyə bağlı olaraq ikitərəfli profilaktik mastektomiya və/və ya yumurtalıqların çıxarılması həyata keçirilə bilər. Yumurtalıqların xaric edilməsi ilə süd vəzisi xərçəngindən qorunmanın estrogen yaranmasının genişmiqyaslı əngəllənməsi ilə əlaqədar olduğu görünür.Internet, Behelfsquelle:
Hormonal faktorlar İnsan bədən hüceyrələri, həmçinin şiş hüceyrələri cinsi homon qrupları estrogen və gestagenlər üçün reseptorlar daşıyırlar. Estrogen və/və ya gestagen reseptorlu süd vəzi xərçəngləri endokrin terapiya ilə məhdudlaşdırıla bilər. Estrogen və gestagenin süd vəzi xərçənginin yaranmasına təsir edib-etmədiyi mübahisəlidir. Tamoksifen ilə estrogen reseptorlarının blokadası ilə süd vəzi xərçəngi tezliyi azaldıldı. Bu yalnız reseptorlu süd vəzi xərçəngində təsirli oldu, reseptor neqativ karsinomalar üçün təsirsiz idi. Tamoksifenlə yanaşı Raloksifen və Eksemestan xəstəllənmə hallarını azalda bilir. Klinik istifadə üçün risk və yan təsirlərinə ətraflı diqqət yetirilməlidir. Menopauza əlamətlərinə qarşı estrogen və gestagen tərkibli dərmanlarla çoxillik hormonal əvəzedici terapiya xəstələnmə riskini 45%-ə qaldıra bilər. Erkən menarxe və gec menopauza olan qadınlar daha yüksək xəstələnmə riski daşıyırlar. Erkən uşaq sahibi olan və uzun müddət əmizdirən qadınlar isə əksinə aşağı risk qrupundadırlar. Kontraseptiv dərmanların istifadəsinin riski yüksəltmə dərəcəsi hormonal əvəzedici terapiyada olduğu kimi dərmanın tərkibi və dozadan asılıdır. Bir sıra araşdırmlara görə 5 ildən çox dərmanın qəbul olunması riski 1,2–1,4 dəfə artıra bilər. Hamiləliyi dayandırılması 2004-cü ildən bir metaanalizə görə süd vəzi xərçəngi riskini artırmır.
Solaxaylıq Solaxayların menopauzadan əvvəl süd vəzi xərçəngi ilə xəstələnmə riskinin sağaxaylara nəzərən 2 dəfəyə qədər yüksək olduğunu müəyyənləşdirən araşdırma 2005-ci ildə böyük marağa səbəb oldu. 5 il əvvəl artıq başqa bir araşdırma eyni nəticəyə gəlmişdi (risk artımı 42%). Solaxay qadınlarda yüksək süd vəzi xərçəngi riskinin mexanizmi böyük ölçüdə aydın deyil. Diskussiya edilən hipotezə görə yüksək miqdarda cinsi hormonların embrioya prenatal təsiri səbəb ola bilər. Hipotezə görə cinsi hormonlar bir tərəfdən uşağın solaxay olmasına, digər tərəfdən süd vəzi toxumasının dəyişməsinə təsir edir. Solaxaylıq ana bətnində steroidlərin yüksək konsentrasiyası üçün indikatordur. Cinsi hormonların özəlliklə testesteronun sağaxaylıq/solaxaylığın yaranmasında təsirinin olması 1985-ci ildən göstərilib.
Sol və sağ süd vəzisində tezlik Statistik olaraq həm sol süd vəzisi həm qadın, həm kişilərdə sağ süd vəzisinə nəzərən daha tez-tez süd vəzi xərçənginə məruz qalır. Yaşın artması ilə fərq də dərinləşir. Sol süd vəzisinin xəstələnmə riski araşdırmaya görə 5–7% daha yüksəkdir. Kişilərdə bu dəyər hətta 10%-ə çatır. Bu fenomenin səbəbləri hələ aydın deyil. Yatma vərdişləri, solaxaylıq, süd vəzilərinin ölçüsündəki və beyin strukturlarındakı fərqliliklər, əmizdirmə zamanı üstünlünlüklər müzakirə olunur. Başqa bir hipotez bədənin sol tərəfində olan ürəyin embrional inkişafını mümkün səbəb olaraq görür. Ağciyər və xayalar kimi digər orqanlarda da bənzər statistika izlənilir. Bu cüt orqanlarda orqanın sağ yarsının xəstəlikdən təsirlənmə ehtimalı 13% daha yüksəkdir. Bu hal sol orqan yarısında toxuma həcminin daha az olmasına əsaslanır.
Digər faktorlar Cavan yaşlarda ionlaşdırıcı şüalanmaya məruz qalma sonrakı dövrlərdə xəstələnmə riskini artırır. 40 yaşdan yuxarı qadınlarda mammoqrafiya müayinələri önəmli risk artımına səbəb olmur. Uzunmüddətli siqaret çəkmə xəstələnmə riskini 30% artırır. Artıq bir neçə ildir endotelin və endotelin çevirici fermentin (ECE) süd vəzi xərçənginin yaranmasında və metastazındakı aktiv rolu müzakirə edilir. Hərəkət azlığı qadınlarda xəstələnmə riskini 25% artırır. İnfeksiyaların süd vəzi xərçənginə səbəb olması indiyə qədər isbat olunmayıb. Süd vəzi implantları xərçəngə səbəb olmaz.
Erkən diaqnoz və skrininq Süd vəzisində olan şişlərin 80–90%-ə qədəri qadınlar tərəfindən təsadüfən tapılır. Əllənən və görüləbilən bu tumorlar adətən artıq çox böyük olurlar və pis proqnoza sahib olurlar. Kiçik və əllənməyən tumorların erkən diaqnozu ölüm hallarını 25% azalda bilər. Erkən diaqnoz üçün sistematik özünümüayinə, süd vəzisi sonoqrafiyası, skrininq mammoqrafiya üçün proqramlar istifadə edilir. Erkən diaqnostikanın tibbi yararlılığı mübahisəlidir. 2013-cü ildə yayımlanan Cochrane kitabxanasında 600.000-dən çox qadının iştirak etdiyi meta-tədqiqat erkən diaqnostikada iştirak edən qadınlarda həyatda qalma üstünlüyü aşkarlamadı. Bunu həmçinin bir Kanada araşdırması 2014-cü ildə 25 il izlənən 45.000 qadın üzərində təsdiqlədi.
Özünümüayinə Süd vəzilərinin özünümüayinəsi üçün qadınların sistematik öyrədilməsi faydası baxımından mübahisəlidir. Hər süd vəzi xəstəliyi hiss ediləbilən şişlə müşayiət olunmur. Digər tərəfdən toxunulabilən dəyişikliklərin sadəcə 1/12-i bədxassəlidir. Araşdırmaya görə sistematik özünümüayinə ölüm miqdarını azaltmır. Özünümüayinənin öyrənilməsi üçün müxtəlif düyün tipləri olan silikondan süd vəzi modelləri mövcuddur.
Görüntüləmə metodları