Xorasan ( – gün çıxan yer) — İranın şərqində tarixi vilayət. Xorasan qədim yaşayış yeri olub dünyaşöhrətli memarlıq abidələri və xalçaları ilə tanınır. 29 sentyabr 2004-cü ildə vahid Xorasan ostanı üç ostana bölünmüşdür:
Şimali Xorasan ostanı (mərkəzi: Bocnurd) Cənubi Xorasan ostanı (mərkəzi: Bircənd) Rəzəvi Xorasan ostanı (mərkəzi: Məşhəd)
Əhalisinin etnik tərkibi 25 %-ini türklər təşkil edir. Azərbaycanlılar (20%), farslar , Xorasan türkləri , türkmənlər , kürdlər , həzaralar, bəluclar, puştunlar və s. ibarətdir . Məşhəd şəhərində 500 mindən çox azərbaycanlı yaşayır.
İqtisadiyyatı İqtisadiyyatının əsas sahələri — avtomobil, elektrotexnika, neft-kimya, metallurgiya, kənd təsərrüfatı, qida (buğda, arpa, şəkər çuğunduru, pambıq, zəfəran, üzüm, pomidor, raps), dəri, ayaqqabı, toxuculuq, keramika sənayesi, energetika, tikinti materiallarının istehsalı, silisium, turizm və səyahət, nəqliyyat, ticarət, neft, qaz hasilatı, firuzəni, mis filizi, qızıl, daş duz.
İstinadlar
Xarici keçidlər
Rəzavi Xorasan ostanı
Kateqoriya:Xorasan Kateqoriya:İran tarixi Kateqoriya:Bölünmüş regionlar