Əli Rza Pəhləvi () — son İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci oğlu. 28 aprel 1966-cı ildə Tehranda doğulmuşdur.
Xarakteri Əli Rza Prinston universitetində bakalavr, Kolumbiya universitetində magistr dərəcələri almışdı, Harvard Universitetində qədim İran və fars ədəbiyyatını öyrənirdi. Qardaşından fərqli olaraq, siyasətə qarışmır, mətbuatdan qaçırdı. 44 yaşınacan subay qalması da təbiətindəki qapalılıqla bağlı idi.http://www.525.az/view.php?lang=az&menu=7&id=25010
Ölümü Pəhləvi ailəsi şahzadənin ölümü ilə bağlı verdiyi bəyanatda deyilir: ""Əlirza milyonlarla iranlı gəncdən biri kimi vətənində baş verən acınacaqlı olaylardan son dərəcə narahat və qəmgin idi. Əlirza atasının ölümündən, bacısı Leylanın intiharından sonra çox çalışırdı ki, psixoloji böhrana qalib gəlsin, lakin sonda dözməyib təslim oldu və özünə qəsd edərək bütün ailə üzvlərinin, dostlarının dərin kədərinə səbəb oldu"http://www.dak.az/view.php?lang=az&menu=38&id=11489
İstinadlar
Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar