Homer Simpson () — Simpsonlar cizgi serialının əsas personajlarından biri. İlk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-nun "Good Night" hissəsində görünmüşdü.
Qəbulu
2010-cu ildə Entertainment Weekly Homeri "son 20 ilin böyük personajı" () adlandırıb. TV Guide onu 2002-ci ildə 50 ən böyük cizgi personajların siyahısında () Baqz Bannidən sonra yerləşdirib; Bravo kanalı isə onu 100 ən böyük televiziya personajı () siyahısında, harada ki Homer sadəcə dörd cizgi personajıdan biri olub, beşinci yerə daxil edib; Channel 4 sorğusuda isə o, bütün zamanların ən böyük televiziya peronajı kimi seçilib.
Den Kastellaneta Homeri səsləndirdiyinə görə bir neçə dəfə "Outstanding Voice-Over Performance" nominasiyada Primetime Emmy mükafatını əldə edib: 1992-ci ildə Lizanın ponisi (), 1993-cü ildə Mister Plou (), 2004-cü ildə Bu gün klounam () və 2009-cu ildə Ata daha pisi bilir () seriyasına görə. Ancaq, o Bu gün klounam seriyasıda ancaq Homeri yox, bir neçə personajı səsləndirdiyinə görə həmin mükafatı alıb.
Təkrarlanan frazalar
"Mmm..."+ hansısa yeməyin adı. (Adətən bu belə səslənir - "Mmm pivə!" və ya "Mmm ponçiklər!") D`oh ! (dou - hirsləndikdə) Vvooho! (ura - sevindikdə) Ay səni balaca! (Bartı boğarkən)
Maraqlı faktlar
Homer Gillette britva markasından istifadə edir. Homerin ksilofobiyası var (ksilofon qorxusu). Homerin IQ-su - 55 hal. HOMR seriyada onun başından uşağlıqdan orada olan karandaşı çıxarddılar və IQ-su 50 hala yüksəldi (deməli 10 oldu), lakin sonra Homer karandaşı yerinə qaytmağa istədi və hər şey öz yerinə qayıdıb. Homerin ancaq sağ böyrəyi var. Çünki sol böyrəyini atasına verib. Homer həmişə təkrarladıyı "D'oh!" sözü o qədər populyar olub ki, onu Oksford lüğətində qeyd ediblər
İstinadlar
Kateqoriya:Simpsonlar personajları Kateqoriya:ABŞ mədəniyyəti Kateqoriya:Uydurma nüvə mühəndisləri Kateqoriya:Kişi personajlar