Əlik — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi dairəsində kənd. Əlik bələdiyyəsinin mərkəzi.

Toponimikası Əlik oykonimi – sadə. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Quba rayonunun Əlik kəndi ad bənzərliyinə görə bəzən Qusar rayonun Əlix kəndi ilə səhv salınır.

2011-ci il 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib. Sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub, 10-dan çox evdə qəzalı vəziyyət yaranıb. Həmçinin, Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası da yararsız hala düşüb. Kəndin yuxarı hissəsindəki təpəlikdə baş verən sürüşmə çay tərəfə irəliləməyə başlayıb. Həmin ərazidə 2010-cu ildə də sürüşmə hadisəsi baş vermişdiQubada torpaq sürüşməsi: 5 ev uçdu. lent.az 26 aprel 2011 .

Mədəniyyəti thumb|right|200px

TV 1984–1985-ci illərdə bu kənddə kiçik güclü verici quraşdırılmışdırS. Quliyev. "Yaxın, uzaq dalğalar", "Kommunist" qəzeti, Bakı, 22 may 1986.

Coğrafiyası və iqlimi thumb|250px|Əlik kəndinin dağları

Əlik Quba rayonu ərazisində çay. Çay öz adını ərazisindən axdığı Əlik kəndinin adından almışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

Əhalisi Kəndin əhalisinin etnik tərkibini "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən əliklilər təşkil edir. Əliklilər Azərbaycanın milli etnik nümayəndələridir. Əliklilərin ana dili əlik dilidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 372 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Təhsilin vəziyyəti Kənddə ümumtəhsil məktəbi fəaliyyət göstərir.

İqtisadiyyatı XIX yüzillikdə Əlikdə yun şal istehsalı çox geniş yayılmışdıRasim Əfəndi. Azərbaycan incəsənəti. Bakı, "Şərq-Qərb", 2007, səh. 227. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1–15-i arası isə yaylağa çıxarırlar.

Xarici keçidlər

Müxtəlif dilləri olan iki qonşu kənddən REPORTAJ . apa.tv, 10.06.2015 Qubanın Əlik kəndi - SÖZSÜZ . apa.tv, 10.06.2015 Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Ədəbiyyat Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.

Həmçinin bax

Kateqoriya:Quba rayonunun kəndləri Kateqoriya:Əlik