Yerfi — Azərbaycan Respublikasının Quba rayonunun Yerfi kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.

Tarixi left|250px|thumb|"Yerfi" Maral Rəhmanzadə (1963) Kəndin tarixi ilə əlaqədar yer adlarına, qəbiristanlıqlarda kənd sakinlərinin qazıntı apardıqları zaman tapılmış nümunələrə də diqqət yetirmək lazımdır. Kənddə üç yerdə qəbiristanlıq vardır. Sağ və sol tərəflərdə olan qəbiristanlıqların sel suları yuyan yerlərində çoxlu açılmış qəbirlər var. Tamamilə itən qəbirlər də çoxdur. Bu qəbirlərin kimə, yaxud hansı əqrəbaya aid olması bilinmir. Kəndin qədim hesab edilən ərazisi məhəllələrə ayrılmışdır: Musa məhəlləsi, Çuxur məhəllə, Güney məhəllə, Nurəlilər məhəlləsi, Əlməmmədlilər məhəlləsi. Bu bölgü kəndin digər tərəfində yoxdur, evlər də nəsillərə görə deyil, qarışıqdır. Ovaxtkı kəndin qurtaracağında Əlməmmədlilər yaşadığı üçündür ki, bu gün kəndin ortasında qalıb itmiş, yerində mağaza tikilmiş, qəbiristanlıq deyilənlərə görə Əliməmmədlilərə aiddir. Kənddə qazıntı-tikinti zamanı məktəb ərazisində iki metr dərinlikdə ocaq və insan sümükləri, başqa bir həyətdə Ⅶ əsrə aid mis pulların tapılması ərazinin tarixi ilə bağlı məlumat verir. Yerfi kəndinin arxasında Kələva baba adlı zirvəyə yaxın bir yerdə qədim tikililər vardır. Bu tikililərin müdafiə xarakteri daşıdığını deyirlər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin saytında XI–XII əsrlərə aid yerli əhəmiyyətli müdafiə qüllələri, inventar N4640 kimi göstərilir. Quba xanlığında böyük miqdarda müxtəlif cür silahlar istehsal olunurdu. Xüsusən, Yerfi kəndində qılınc, xəncər və sair hazırlanırdı.

Toponimikası Yerfi oyk., sadə. Babaçayın sahilində, Yan silsiləsinin (Kələqova dağının) ətəyindədir. Kəndin adının qədim türk dillərindəki yar (yarğan dərə) sözü ilə əlaqədar yaranması ehtimal olunur. Kəndin ərazisində eyniadlı dağ da var. Güman etmək lar ki, dağın adı ərazidəki Tufandağın (Qusar r-nu), Tufan-gölün (Qəbələ, Qusar r-ları), Fiy aşırımının (Oğuz r-nu) adları ilə bağlı olub ifıy avar, "tufan" mənasına uyğundur), "tufan olan yer" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Mədəniyyəti Yerfi xalçaları dünyada çoxdan məşhurdur. Bura gələnlər, xüsusilə də əcnəbi qonaqlar yerli xalçaçı ustalar tərəfindən əllə toxunmuş xalçaları həvəslə alırlar. Xalçalar dünyanın bir çox muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.

Coğrafiyası və iqlimi Quba rayonunun cənubunda, dəniz səviyyəsindən 1500 m. yüksəklikdə, Babadağın (3632 m.) ətəyində yerləşir.

Əhalisi XVIII əsrdə xanlıqlarası vuruşmalar vaxtı başqa yerlərdən Yerfiyə, eləcə də Yerfidən köçmələr olmuşdur. Ağakişililərin Yerfiyə gəlişi 1735–1740-cı illərə, Günəşlilərin ilk nümayəndəsi Günəşin gəlişi isə 1760-cı illərə düşür. Yerfidən gəlib İsmayıllı rayonunun Cülyan və Müdri kəndlərində məskunlaşan tatlarda var idi.Müdri kəndinin əhalisinin böyük hissəsi Təzəkənd (İsmayıllı) kəndində məskunlaşıblar.

1933-cü il yanvarın 1-dən Azərbaycan SSR Qonaqkənd rayonunun Yerfi kənd sovetliyi yaradılıb. Əhalisi 1100 nəfər (223 təsərrüfat, 556 kişi, 554 qadın) qeydə alınıb. Bütün kənd sovetinin əhalisinin 97,3%-i azərbaycanlılar təşkil edib.

Qeyd etmək lazımdırki həmin və sonraki dövrlərdə Tatlar əksəriyyəti özünü Azərbaycanlı kimi qeyd etmişdi.Ağayev, İbrahim Məmməd oğlu. Müasir şəraitdə Azərbaycanda milli-etnik proseslər: monoqrafiya / İ. M. Ağayev; elmi red.: Q. Cavadov, Ə. M. Tağıyev.- Bakı: MBM, 2006.- 180 s.

1886-cı il üçün ailə siyahılarında 1767 sakin (298 dym) və hamısı sünni tatlar göstərilir, onlardan 1653-ü dövlət torpağında yaşayan kəndlilər (275 dym), 94 bəy və 20 sünni ruhani nümayəndəsi idi.Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г.. — Тифлис, 1893.

1904-cü il üçün Qafqaz Təqviminə görə, Qafqaz bölgəsinin statistika komitələrinin məlumatlarına əsasən, Yerfinin əhalisi 1659 nəfər idi, əksəriyyəti tatlar idi.Eyni etnik tərkib 1910-cu il üçün Qafqaz Təqvimində də göstərilir və Yerfinin əhalisi 1908-ci ildə 1928 nəfər idi.Кавказский календарь на 1904 год. III отдел. — Тифлис, 1903. — С. 3, 10.Кавказский календарь на 1910 год. Часть 1. — Тифлис. — С. 252.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 470 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsləri Cabbar Hacıyev (1950) — Tibb elmləri doktoru, professor. Hacıbaba Abbasov (1931–2001) — Biologiya elmləri doktoru, professor. Hüseynağa Əlixanov (1953) — Ədliyyə general-mayoru. Niyətşah Nemətov (1928–2007) — Əməkdar rabitə işçisi. Rövşən Yerfi (1965) — Yazıçı. Tofiq Nurəli (1953) — Şair. Vaqif Əlixanlı (1943–2024) — Əməkdar mədəniyyət işçisi. Tahir Həsənli (1950) — Araşdırmaçı yazar.

Mənbə Tahir Həsənli. Yerfililər. Bakı, Kitab Klubu, 2012 C. M. Mustafayev. Azərbaycanın şimal xanlıqları və Rusiya: XVIII əsrin sonu — XIX əsrin əvvəlləri. Bakı, Elm, 1989. səh. 20 Tahir Həsənli. "Yerfi kəndinin təbiəti", "Şəfəq" qəzeti, Quba – 06 iyul 2011, № 17 (8041), səh. 3 Tahir Həsənli. "Yerfinin keçmişi haqqında", "Şəfəq" qəzeti, Quba – 30 iyul 2011, № 19 (8043), səh. 4

Həmçinin bax Quba rayonu Yerfi dağı

Xarici keçidlər YERFİ SİLSİLƏSİ Yerfi silsiləsi (esse). Rövşən Yerfi Yerfi xalçaları (esse). Rövşən Yerfi Tahir Həsənli. "Yerfililər" (elektron kitab) Tahir Həsənlinin "Yerfililər" kitabını yüklə Tahir Həsənli. "Yerfi töhfələri" (elektron kitab) Tahir Həsənlinin "Yerfi töhfələri" kitabını yüklə Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri