Məzmun Filmin qəhrəmanları ulu babalarının açdıqları cığırlarla, saldıqları izlərlə gedərək yollar çəkən xeyirxah peşə sahibləri-inşaatçılardır. Filmin əsas ideyası kəndimizin keçmişini, onun ab-havasını ekranda canlandırmaq, illərin sınağından məharətlə çıxan, uzaq-uzaq əsrlərdən xəbər verən zəngin tarixi abidələrimizi üzə çıxarmaq, onları qorumaq, mühafizə etməkdir.
Film haqqında Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Kinopovest dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar" povestinin motivləri üzrə çəkilmişdir.
Lahıcda maşın yolu olmadığı üçün minik vasitəsi olaraq atdan istifadə olunur. Atı idarə edənlərə də çarvadar deyilir. Filmin adı da elə buradan gəlib.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Əli Qafarov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Əsəd Əsədov
Rollarda Şəfiqə Məmmədova — Səriyyə Muxtar Maniyev — Həsən Həsənağa Turabov — Adil Məmmədrza Şeyxzamanov — Əli kişi Leyla Bədirbəyli — Məfruzə Sadıq Hüseynov — Mahmud kişi Səməndər Rzayev — Səməndər Əbdül Mahmudov — Qərib Sədaqət Dadaşova — Əminə Vəfa İsmayılova — Mələknisə
Sponsor Mərkəzi Televiziya (Moskva)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218-219.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:İsmayıllıda çəkilən filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər