Dərviş Parisi partladır — 1976-cı ildə istehsal olunmuş Azərbaycan filmi.Qiyas Ə. Mirzə Fətəli Axundov və "Dərviş Parisi partladır" filmi //Mədəniyyət.- 2008.- 9 may.- S. 13.

Məzmunu Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.

Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.

Çəkilişlərin bir hissəsi Qarabağda və Şamaxıda, bəzi səhnələr isə pavilyonda aparılıb. Dərviş Məstəli şahın həyata keçirdiyi partlayış səhnəsi kinostudiyanın pavilyonunda çəkilib. Müsyo Jordanın Fransada inqilabın baş verdiyi xəbərini alanda, huşunu itirdiyi yer Mərdəkanda, zəngin bir azərbaycanlının evinin önündə lentə alınıb.

Film haqqında Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Filmin üzərində işləyənlər Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: Ədhəm Qulubəyov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Akif Rüstəmov Təcrübəçi rejissor: Ziyafət Abbasov Operator: Vaqif Muradov Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Lidiya Vyalsova Redaktor: Fərman Kərimzadə Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev Operator assistenti: T. Əlizadə Rəssam assistenti: A. Stepanova Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri Dirijor: R. Məlikaslanov Filmin direktoru: Nazim Ələkbərov

Rollarda Sergey Yurski — Müsyö Jordan Mirzə Babayev —Dərviş Məstəli şah Adil İsgəndərov — Hətəmxan ağa Leyla Bədirbəyli — Şəhrəbanu Səfurə İbrahimova — Sənəm Mömünat Qurbanova — Şərəfnisə Ənvər Həsənov — Şahbaz bəy Həsənağa Turabov — Rəşid bəy S. Bağırova — Gülçöhrə Fazil Salayev — Qulaməli Kamil Məhərrəmov — Qəmbər Ramiz Əzizbəyli — nökər V. Marianbey Fikrət Ələkbərov Osman Həqqi — bəy A. Məmmədzadə Bahadur Əliyev — bəy N. Məhərrəmov Gümrah Rəhimov — bəy Arif Mədətov — bəy (titrlərdə yoxdur) Yaqub Məmmədov (xanəndə) — Xanəndə

Filmi səsləndirənlər Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur) (Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) — Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 144; 220–221.

Xarici keçidlər "Dərviş Parisi partladır"ın KADRARXASI: Ənvər Həsənov filmdəki Şərəfnisəyə gerçəkdən aşiq olub

Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Rusiya dövrü Azərbaycan haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Pyeslərə əsaslanan filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Şamil Mahmudbəyovun filmləri