Şərifan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Şərifan kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, kənd Şəhri–Şərifan (şərəflilər şəhəri) adlı qədim yaşayış yerinin ərazisində salındiği üçün belə adlandirılmişdir. Kəndin yaxınlığında erkən orta əsrlərə aid şəhər yeri aşkar edilmişdir.
1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Həmçinin bax
Şərifan (arxeoloji abidə)
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri