Darvazbinə — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Alazan-Əyriçay çökəkliyindədir. Oykonim darvaz ("keçid", "açıq yer", "körpü", "iki bağ arasında çəpərdən keçid yeri") və binə ("müvəqqəti yaşayış yeri" "alaçıq", "kənd") komponentlərindən düzəlib, "keçiddə olan binə" mənasındadır. XX əsrin əvvəllərində Gürcüstan ərazisində Darvaz (Darbazi) adlı iki yaşayış məntəqəsi, Cavanşir qəzasında (Qarabağ) isə Darvaz adlı xarabalıq qeydə alınmışdırAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.211–212 . 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.

İstinadlar

Xarici keçidlər Balakən Rayonu http://www.azstat.org/region/az/005_1.shtml Bələdiyyə İnformasiya Sistemi Balakən Rayonu

Kateqoriya:Balakən rayonunun kəndləri