Seyidlər (əvvəlki adı: Seyidoba) — Azərbaycan Respublikasının Saatlı rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 18 dekabr 2007-ci il tarixli 513-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Seyidoba kənd inzibati ərazi dairəsi tərkibindəki Seyidoba kəndi Seyidlər kəndi adlandırılmış, Seyidoba kənd inzibati ərazi dairəsi Seyidlər kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Əhalisi Əhalisinin sayı 1133 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Din Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Saatlı rayonunun kəndləri