Nabatkənd (əvvəlki adı: Xanlarkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun Nabatkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi adlandırılmış, Xanlarkənd kənd inzibati ərazi dairəsi Nabatkənd kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Əhalisi Əhalisinin sayı 1656 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Kənd Muğan düzündədir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə salınmışdır. Əvvəllər inqilabçı Xanlar Səfərəliyevin (1885–1907) adı ilə adlandırılmışdır. Memorial toponimdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007. Hesab olunur ki, bir müddət Beriyakənd də adlanırdı.
Din Kənddə "Zeynəbiyyə" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Saatlı rayonunun kəndləri