Sanama — Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir.

Ümumi məlumat Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər.

Oyunun qaydaları Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər. "İynə-iynə", "Motal-motal", "Əmim oğlu" və s. bu kimi sanamalar uşaqların sevimli nəğmələridir.

350px|thumb|Sanama oyunu

Sanamalar

Motal-motal Motal-motal Tərsə motal, Qıl atar, Qaymağ tutar Ağ quşum, Ağarçınım, Göy quşum, Göyərçinim. Qarğa qara, Durna çala, Çiləmə çilik, Bircə əmlik, Əmrəqulu, vur nağara, Çıx qırağa.

İynə-iynə '''Iynə-iynə

İynə-iynə, Ucu düymə Bal ballıca, Ballı keçi, Şam ağacı, Şatır keçi. Qoz ağacı, Qotur keçi. Hoppan-hoppan, Yarıl-yırtıl, Su iç qurtul.

Əmim oğlu

Əmim oğlu, Üzü buğlu, Haldırım dedi, Huldurum dedi, Göyə bir ağac atdı. Kərki sapı. Gül budağı.Şifahi xalq ədəbiyyatı, Uşaq folkloru. "Altun kitab" nəşriyyatı, Bakı-2007. səh. 40–48.

Bəzən bu məqsədlə düzgülərdən də istifadə edilir.

Mənbə

Xarici keçidlər

Kateqoriya:Azərbaycan oyunları

Kateqoriya:Uşaq oyunları