Kərim bəy Mirzə Baba bəy oğlu Novruzov () — Rusiya İmperator Ordusunun zabiti, Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı, polkovnik.
Həyatı
Kərim bəy Mirzə Baba bəy oğlu 1838-ci ildə Yelizavetpol qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu.
1853-cü ildə vəkil kimi Zaqafqaziya atlı alayında hərbi xidmətə başlamışdı.
3 iyun 1856-cı ildə fərqləndiyinə görə praporşik rütbəsinə layiq görülmüşdü. 28 oktyabr 1878-ci ildə podpolkovnik, 24 dekabr 1886-cı ildə polkovnik rütbəsi almışdı.
1914-cü il sentyabrın 17-də Müqəddəs Georgi ordeninin o zamanlar sağ qalmış ən qocaman daşıyıcısı polkovnik Kərim bəy Novruzov Rusiya İmperatorunun saray qrenaderlar rotasının (Rusiya imperatorları yanında fəxri keşikçi (qarovul) xidmətini daşıyan xüsusi hərbi hissə) komandiri vəzifəsinə təyin olunmuşdu.
Mükafatları
Kərim bəy mayor rütbəsində 31 iyul 1877-ci ildə 3-cü dərəcəli "Müqəddəs Georgi", Osmanlı müharibəsində 17 may 1877-ci ildə, Bəyli Əhməd ətrafında 2 silah və Musa Kunduxovun nişanını almışdı.
3 aprel 1878-ci ildə, Osmanlı savaşında Alacin civarında fərqləndiyi üçün "igidliyə görə" yazılı qızıl qılıncla təltif olunmuşdu.
İstinadlar
Kateqoriya:Novruzovlar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycanlı polkovniklər Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları