FOMO Baku (və ya sadəcə FOMO) — Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərən elektron rəqs musiqisi klubu (gecə klubu). 2023-cü ilin sonunda açılıb və əsasən haus və texno musiqisi üzrə ixtisaslaşır. Klub Britaniyanın "DJ Mag" jurnalının dünyanın ən yaxşı 100 klubu siyahısına (Top 100 Clubs) 2024-cü ildən daxildir.

Tarixi FOMO 2023-cü ilin sonunda açılıb. "DJ Mag" jurnalı klubun açılışından sonra Azərbaycanın klub həyatının "dönməz şəkildə dəyişdiyini" və FOMO-nun Bakıda haus və texno musiqisinin mərkəzinə çevrildiyini yazıb.

2025-ci ilin sentyabrında, Formula 1 Azərbaycan Qran-prisi həftəsonu ərzində klubda GORDO, Dixon, Trikk və Mahmut Orhanın iştirakı ilə after-party gecələri təşkil olunub.

Təsviri Klub Bakıda, Əhəd Yaqubov küçəsi 35/2 ünvanında yerləşir. Tutumu 500 nəfərdir. Klubda bir əsas zal, "after-party" üslubunda daha kiçik zal və YOLO adlı ayrıca bar var; əsas zal d&b audiotechnik səs sistemi və 34 metrlik bir neçə LED ekranla təchiz olunub. Klub saat 23:00-dan 05:00-dək işləyir.

"DJ Mag"-ın yazdığına görə, klub Azərbaycandan başqa Dubay, İstanbul və Moskva kimi şəhərlərdən də qonaqlar cəlb edir. Burada Adriatique, CamelPhat, Dixon, Âme, Pit Tonq, Dubfire, Joseph Capriati, Gerd Janson, Adana Twins kimi beynəlxalq DJ-lər çıxış edib.

Reytinqlər İl "DJ Mag Top 100 Clubs" siyahısında yeri Qeyd 2024 75 Siyahıya ilk dəfə daxil olub 2025 65 10 pillə irəliləyib 2026 49 16 pillə irəliləyib, ilk 50-liyə daxil olub

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Gecə klubları Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:2023-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan musiqisi