Heyvanlar () — rejissoru Ben Afflek olan 2026-cı il istehsalı Amerika kriminal triller filmi. Ssenarini Afflek, Konnor O. Makintayr və Billi Rey birgə yazıblar. Baş rolları Afflek, Kerri Vaşinqton, Cillian Anderson, Adriana Pas, Rey Fişer, Luis Xerardo Mendes və Stiven Yon ifa edirlər. Film oğulları oğurlanan varlı mer namizədi Mark Kimbol və həyat yoldaşı Abiqeyl haqqındadır: cütlük fidyəni ödəmək üçün ifrat addımlar atır və bu zaman qaranlıq sirlər üzə çıxır.
Film 9 oktyabr 2026-cı ildə Netflix platformasında və bir sıra kinoteatrlarda nümayişə çıxıb, tənqidçilərdən əsasən mənfi rəylər alıb.
Süjet Los-Ancelesda mer seçkiləri ərəfəsində müstəqil namizəd Mark Kimbol məğlubiyyət təhlükəsi ilə üz-üzədir. Seçki qərargahının rəhbəri Semin təkidi ilə Mark bütün şəxsi əmanətini Latın Amerikası mənşəli seçicilərin səsini qazanmağa yönəlmiş kampaniyaya qoyur. O, seçkini qazandıqdan sonra bu pulu geri qaytaracağını düşünür. Bu arada seçki kampaniyası boyunca əri ilə arası soyuyan həyat yoldaşı Abiqeyl Ron adlı kişi ilə münasibət qurub və boşanmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.
Hellouin gecəsi Kimbolların oğlu Denni evin xidmətçisi Sesiliya və onun sevgilisi Ramonun oğlu Hektorla birlikdə qonşuları gəzməyə çıxır. Uşaqlar eyni kostyum geyiniblər. Hava qaralanda Sesiliya uşaqları gözdən itirir; onları isə naməlum bir şəxs izləyir. Kimbolların malikanəsinə zəng edən naməlum şəxs polisə xəbər verilmədən gecəyarısına qədər 7 milyon dollar fidyə ödənilməsə Dennini öldürəcəyi ilə hədələyir. Mark Abiqeylə əmanətlərini xəbərsiz şəkildə seçki kampaniyasına xərclədiyini və bu məbləği ödəyə bilməyəcəklərini etiraf edir.
Sem fidyə məsələsini və oğruları həll etmək üçün Deyl adlı peşəkarı işə götürməyi təklif edir. Deyl nəticədən asılı olmayaraq 20 faiz haqq tələb edir. Bu vaxt Ramon Sesiliyanı gözləmək üçün malikanəyə gəlir. Gözlənilmədən Denni sağ-salamat və baş verənlərdən xəbərsiz halda evə qayıdır. Bir az sonra Sesiliya da gəlir. Zəng edən şəxs girovun videosunu göndərdikdə hamı səhvən Hektorun oğurlandığını anlayır.
Mark və Sem seçki mitinqinə gedirlər. Bu zaman Ramon malikanəni güdən oğrulardan birini görür; aralarında dava düşür, lakin oğru qaçmağa macal tapır. Mitinq zamanı oğrular daha çox pul istəyir, Deyl isə Markdan ilkin məbləğdə israr etməsini tələb edir. Evə qayıdan Mark Abiqeylin Ronla münasibətindən xəbər tutur və onunla üz-üzə gəlir. Cütlük açıq danışır və barışır.
Mark Hektoru xilas etməklə yanaşı oğruları da öldürmək üçün Deylə əlavə pul təklif edir. Deyl təminat kimi Markın bu əmrini gizlicə yazıya alır. Mark oğrularla görüşmək üçün Frogtaun (Los-Ancelesin Elizian-Velli məhəlləsi) adlanan əraziyə gedir, Deyl isə onu izləyir. Dəyişmə zamanı Deylin snayperi iki oğrunu aradan götürür, lakin gözlənilməz üçüncü oğru snayperi öldürür. Gəlib çatan Deyl Markın xəbərdarlığını eşitmir və o da güllələnir. Sonra hadisə yerinə gələn Ramon üçüncü oğrunu vurur. Mark ölməkdə olan Deylin telefonunu götürərək onu işə götürdüyünə dair sübutu aradan qaldırır. Mark oğrularla heç bir əlaqəni sonradan aşkar edə bilmir.
Deylin artıq sahibsiz qalan fidyə pulu müqabilində Ramon snayperdən başqa bütün cəsədləri gizlətməkdə Marka kömək edir. Kimbollar və Ramon hadisələri elə təqdim edirlər ki, Hektoru xilas edən Mark özü olsun. Latın Amerikası mənşəli seçicilərin dəstəyinin kəskin artması sayəsində Mark milli qəhrəman kimi mer seçkilərində qalib gəlir və gələcəkdə daha yüksək vəzifələrə namizəd olmaq imkanı qazanır. Ramon, Sesiliya və Hektor isə milyonçu kimi Meksikaya qayıdırlar.
Rollarda Ben Afflek — Mark Kimbol Kerri Vaşinqton — Abiqeyl Kimbol Cillian Anderson — Deyl Börton Adriana Pas — Sesiliya Truxilyo Rey Fişer — Ron Sperlinq Kristofer Vudli — Denni Kimbol Luis Xerardo Mendes — Ramon Valye Stiven Yon — Sem Ellison Mett Cerald — oğru / Ceyms Byuro Ceykob Estrada — Hektor Teylor Kuper — Hanna Kris Qenn — Rend
İstehsal Hazırlıq Film 2024-cü ilin yanvarında elan olunub. Rejissorluğu Ben Afflekin öz üzərinə götürdüyü layihənin orijinal ssenarisini Afflek Billi Rey ilə birgə yazmışdı, baş rolda isə Mett Deymonun çəkilməsi nəzərdə tutulurdu. Fevralda Cennifer Qarnerin layihəyə qoşulması ilə bağlı danışıqlar aparıldığı bildirildi. Çəkilişlərin 2024-cü ilin martında Los-Ancelesdə başlaması planlaşdırılırdı. Keçmiş həyat yoldaşı Qarneri Deymonun tərəf-müqabili kimi seçməsi barədə Afflek belə deyib: "Fikirləşdim ki, Cen Qarner bu rolda əla olar. Üstəlik, hər ikimiz uşaqlarımızı daha tez-tez görəcəkdik, çünki onlar bir həftə məndə, bir həftə onda qalırlar. Qrafiklərimizi buna uyğun tənzimləyə bilərdik. O, indiyədək etmədiyi, amma bacardığını bildiyim, sadəcə hansısa filmdə imkan tapmadığı maraqlı bir şey ortaya qoya bilərdi."Ben Affleck gets candid on killing, reviving, and recasting his new thriller, Animals: 'It's a really interesting story' (ingiliscə). Entertainment Weekly. Təxminən həmin dövrdə Cillian Anderson və Stiven Yon da səs-küysüz şəkildə aktyor heyətinə daxil edilmişdi. Lakin çəkilişlərə az qalmış tərəddüd edən Afflek istehsalı təxirə salmaq qərarına gəldi.
Bir il sonra, 2025-ci ilin fevralında layihə yenidən hərəkətə gəldi. Odisseya filmində çəkildiyinə görə Deymon artıq heyətdə yer almırdı, baş rolu Afflek özü oynamağa qərar verdi, Anderson isə rəsmi olaraq heyətə qatıldı. Elə həmin ay Qarnerin yerinə Kerri Vaşinqton, həmçinin Yon, Luis Xerardo Mendes və Adriana Pas da heyətə qoşuldular. Baş rolu özü üzərinə götürdükdən sonra Qarneri Vaşinqtonla əvəzləməsini Afflek sonradan belə izah edib: "Cenlə danışdım, o dedi ki, 'Gəl bunu etməyək. Bu, artıq yük olacaq'... Gələcəkdə yenə onunla işləmək istərdim, amma tamaşaçının qərəzinin sənin əleyhinə işləməsinə yol vermək olmaz."Ben Affleck Almost Cast Ex-Wife Jennifer Garner in 'Animals' Before Deciding 'We Don't Wanna Do That': 'You Just Get Baggage' (ingiliscə). Variety. Martda Rey Fişer, Mark Kassen və Kristofer Vudli də heyətə qatıldılar.
Çəkilişlər Əsas çəkilişlər 7 mart 2025-ci ildə Los-Ancelesdə başlayıb.
Nümayiş Heyvanlar 9 oktyabr 2026-cı ildə Netflixdə və məhdud sayda kinoteatrda nümayişə buraxılıb.
Qarşılanma Rotten Tomatoes saytında toplanmış 77 rəyin 31 faizi müsbətdir, orta qiymət 10 baldan 5,4-dür. Çəkili orta göstəricidən istifadə edən Metacritic 21 tənqidçinin rəyi əsasında filmə 100 baldan 33 bal verib ki, bu da "əsasən mənfi" rəylər deməkdir.
Həmçinin bax High and Low (Tengoku to jigoku) — Akira Kurosavanın 1963-cü ildə çəkdiyi, fəhlə ailəsinin uşağının səhvən oğurlanması və fidyə tələbindən bəhs edən Yaponiya polis dramı Highest 2 Lowest — Spayk Linin 2025-ci ildə çəkdiyi Amerika remeyki
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2026-cı ilin filmləri Kateqoriya:2026-cı ilin ingilis dilli filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:ABŞ-də uşaq oğurluğu haqqında filmlər Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:Ben Afflekin ssenari müəllifi olduğu filmlər Kateqoriya:Bəstəkar Harri Qreqson-Vilyamsın filmləri Kateqoriya:Billi Reyin ssenari müəllifi olduğu filmlər Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:Rejissor Ben Afflekin filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin siyasi triller filmləri Kateqoriya:Polis filmləri