Nəşan (məin dilində: 𐩬𐩦𐩬, translit. nšn, Našān), indiki Xəribətüs-Sevda () — indiki Yəmənin şimalındakı Əl-Cövf bölgəsində yerləşən qədim Cənubi Ərəbistan şəhəri. Başlanğıcda müstəqil olan bu şəhər e.ə. VI və IV əsrlər arasında qədim Məin padşahlığının tərkibinə qatılmışdır. Əl-Cövfin digər şəhər-dövlətləri kimi Nəşan da həm şəhərin, həm də qəbilənin adı kimi istifadə olunmuşdur.
Böyük Plini tərəfindən qələmə alınmış "Təbiət tarixi" kitabında bu şəhər Nestum adlandırılmışdır.
Nəşanın əsas tanrısı Aranyada adlanırdı.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Archive for the study of ancient south Arabian inscriptions in Kharibat as-Sawda
Kateqoriya:Qədim Yəmən Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Tarixi krallıqlar