Nəcran Kəbəsi — Nəcranın xristian icmasına aid dini tikili və İslamaqədərki Ərəbistanın Kəbələrindən biri. Nüheyrdan çayının yaxınlığında yerləşmişdir. Binanın politeizm dövründə Nəcran şəhərinin ulu tanrısı olmuş Zü Səmaviyə həsr edilmiş daha əvvəlki Kəbətandan çevrildiyi görünür. Bu tikili yəhudi Himyər padşahı Zü Nüvas tərəfindən Nəcran xristianlarının məşhur qətliamının bir hissəsi kimi yandırılmışdır. Zü-Nüvas bölgədə xristian hökmdar təyin edən Aksum krallığı tərəfindən devrildikdən sonra həmin ərazidə şəhidlik bərpa edilmişdir. Bu, bölgədə xəbər verilən başqa bir xristian tikilisi olan Areta Şəhidliyi ilə eyni ola bilər. Yenidən inşa edilmiş Kəbə ziyarətgaha çevrilmiş, onun mütəvəlliləri isə Bəlharis qəbiləsinin əsas klani olan Bəni Əbdülmədan nəslindən olmuşdular. Beləliklə, Nəcran Şərq xristianlığının müqəddəs şəhərlərindən birinə çevrilmişdir..

Bəzi tarixçilər həm Nəcran Kəbəsinin, həm də Məkkədəki Kəbənin adının uca bina növünü bildirən ümumi Cənubi Ərəbistan termini olan "Kʿbt" sözündən yarandığına inanırlar. Hər iki tikili başlanğıcda kub əvəzinə qübbə formasında olmuş ola bilər və Məkkə Kəbəsi öz növbəsində qübbəli kilsə nümunəsində modelləşdirilmiş ola bilər.. İbn Kəlbiyə görə, Nəcran Kəbəsinin qübbəsi heyvan dərilərindən hazırlanmışdır. Bu, bəzi tədqiqatçılar tərəfindən onun çadır kimi örtüldüyü mənasına gəlir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İslamdan əvvəlki Ərəbistan Kateqoriya:Səudiyyə Ərəbistanı memarlığı