Kastilyalı Konstansa (; ) — Kastiliya, Qalisiya və Leon kralı VII Alfonsonun qızı, Fransa kraliçası.
Doğum tarixi tam olaraq bilinməsə də, 1136-cı ildə doğulduğu güman edilir. Atası Kastiliya, Qalisiya və Leon kralı VII Alfonso, anası isə Barselona qrafı III Ramon Berenquerin qızı Berenqariyadır. 1149-cu ildə anası vəfat etdi.
Akvitaniyalı Elyanoradan boşandıqdan sonra yeni varis arzusuyla evlənmək istəyən Fransa kralı VII Lüdovik üçün namizəd göstərildi. Nəticədə, 1154-cü ilin yayında cütlük Orlean kafedralında evləndirildi. Ancaq ilk xanımından yaxın qohumluq əlaqəsi bəhanəsiylə boşanan kralın ikinci xanımıyla daha yaxın qohumluq əlaqələri vardı. Belə ki, hər ikisi də Burqundiya qrafı I Vilyamın nəticələri idi.
Cütlüyün bu nigahdan 2 qızı doğulsa da, ikinci övladının doğuşunda vəfat etdi.
Marqarita (1157-1197) Alis (1160-1220)
Vəfatının ardından Parisdəki Sen-Deni bazilikasına dəfn edildi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XII əsr şəxsləri Kateqoriya:Kapetlər sülaləsi Kateqoriya:Paris şəxsləri