Marstrand — İsveçin Vester Yötaland qraflığında, Kunqelv bələdiyyəsində yerləşən dənizkənarı şəhərdir. 2010-cu ildə əhalisi 1.320 nəfər olmuşdur. Şəhər adını yerləşdiyi Marstrand adasından almışdır. Əhalisinin az olmasına baxmayaraq, tarixi səbəblərə görə Marstrand çox vaxt şəhər kimi tanınır.

Marstrand 1775–1794-cü illərdə kral III Qustav tərəfindən elan edilmiş azad liman statusuna malik olmuşdur. Həmin hökmdarın müəyyən etdiyi dini azadlıq 1775-ci ildə burada İsveçin ilk yəhudi icmalarından birinin yaranmasına imkan vermişdir.Səhifələr — İsveç Vergi Agentliyi tərəfindən tarixi icmalar haqqında məlumat 1780-ci ildə Fredriksborq qalasında Skandinaviyanın ilk sinaqoqlarından biri yaradılmış və bununla da yaşayış məntəqəsi İsveçdə yəhudilərin tarixi üçün əhəmiyyətli məkana çevrilmişdir.

Azad liman statusunun ləğv edilməsindən və siyənək balıqçılığının tənəzzülündən sonra Marstrand XIX əsrdə dənizkənarı kurort kimi inkişaf etmişdir.

Tarix

Marstrand 1200-cü ildən şəhər imtiyazlarına malikdir. Şəhərin ən diqqətçəkən xüsusiyyəti XVII əsrdə inşa edilmiş və İsveç kralı X Karl Qustavın adını daşıyan Karlsten qalasıdır.

XVIII əsrin son rübündə Marstrand kral III Qustav tərəfindən verilmiş azad liman statusuna malik idi.

1790-cı illərdə Marstrandda yəhudi əhalisinin sayı ən yüksək həddə çataraq təxminən 60 nəfər olmuşdur. 1805-ci ildə bir ailə istisna olmaqla, bütün yəhudilər Marstrandı tərk edərək Göteborqa köçmüşdülər. Marstrand yəhudi icmasının tanınmış ailələri arasında Henrikes, Delbanko, Varburq, fon Rays və Maqnus ailələri var idi.

Marstrand və onun ətrafındakı adalar 1971-ci ildə yerli idarəetmə islahatı aparılaraq Kunqelv bələdiyyəsinə birləşdirilənədək ayrıca bələdiyyə təşkil edirdi.

1969-cu ildə təxminən 200 vətəndaşlığı olmayan polşalı yəhudi Marstranda gəlmişdir.

İstinadlar

İstifadə olunan əsərlər

Əlavə ədəbiyyat

Xarici keçidlər

Marstrand — Kunqelv bələdiyyəsinin rəsmi səhifəsindən Marstrand — 1912-ci ildə nəşr olunmuş Nordisk Familjebok məqaləsi

Kateqoriya:İsveç şəhərləri Kateqoriya:İsveç adaları