Holşteyn-Qottorplu Hedviq Yelizaveta Şarlotta (; ) — Oldenburq hersoqu I Fridrix Avqustun qızı, İsveç-Norveç kraliçası.

22 mart 1759-cu ildə Oytində dünyaya gəldi. Atası Oldenburq hersoqu I Fridrix Avqust, anası isə Hesse-Kassel landqrafı I Karlın nəvəsi Ulrikadır. Doğulduğu şəhərdə böyüdü və 15 yaşında ikən əmisi Adolf Fredrikin oğlu vəliəhd-şahzadə Karlla evləndirildi. İsveç kralı olan digər əmisi oğlu III Qustav tərəfindən tərtiblənən bu toy mərasimi 7 iyul 1774-cü ildə Stokholmda baş tutdu. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, heç biri yetkinlik yaşına çatmadı.

Luiza Hedviq (2 iyul 1797), bir neçə sata sonra vəfat etdi. Karl Adolf (4 iyul 1798 - 10 iyul 1798), bir neçə gün sonra vəfat etdi.

Ancaq evliliyi xoşbəxt deyildi. Hər ikisinin də nigahdan kənar münasibətləri vardı. Ərinin taxta çıxmasının ardından 1809-cu ildə İsveç kraliçası, 1814-cü ildə isə Norveç kraliçası ünvanlarını aldı.

Ərinin vəfatının ardından çox yaşamadı və 20 iyun 1818-ci ildə Stokholmda vəfat etdi. Riddarholm kilsəsinə dəfn olundu.

Mənbə

Ədəbiyyat

Annie Mattson (2010). Komediant och riksförrädare. Handskriftcirkulerande smädeskrifter mot Gustav III (Comedian and traitor. Handwritten libels toward Gustav III) (in Swedish). Edita Västra Aros. p. 103. ISBN 978-91-554-7780-6 My Hellsing (2013). Hovpolitik. Hedvig Elisabeth Charlotte som politisk aktör vid det gustavianska hovet (Court Politics. Hedvig Elisabeth Charlotte as a political actor at the Gustavian court) Örebro: Örebro universitet; ISBN 978-91-7668-964-6 Lönnroth, Erik (1986). Den stora rollen. Norstedt. pp. 266–267. ISBN 91-1-863652-7 Ingvar Andersson (1979). Gustavianskt (The Gustavian Age) (in Swedish). Fletcher & Son Ltd. ISBN 91-46-13373-9

İstinadlar Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:XVIII əsr monarxları Kateqoriya:İsveç yazıçıları Kateqoriya:Biseksual qadınlar