İrqandı körpüsü () — Türkiyənin Bursa şəhərində yerləşən tarixi körpü. Körpü Nilüfər çayının qolu olan Gökdərə üzərində yerləşir. Körpü Osmanlı imperiyasında tikilmiş yeganə bazar-körpüdür. Tarixi İrqandı körpüsü Türkiyənin Bursa şəhərində yerləşən tarixi körpüdür. Körpünün tikintisi 1442-ci ildə tacir Müslihiddin tərəfindən sifariş edilmiş və ehtimal edilir ki, Timurtaş tərəfindən layihələndirilmişdir. Körpü 1855-ci il Bursa zəlzələsi zamanı zədələnmiş, 1922-ci ildə, İstiqlal müharibəsi zamanı Bursanın işğalından geri çəkilən Yunan ordusu tərəfindən bombalanmışdır. 1949-cu ildə kiçik dəyişikliklərlə yenidən qurulana qədər nəqliyyat üçün bağlı qalmışdır. Körpüdə sonuncu bərpa işləri 2004-cü ildə həyata keçirilmişdir. Haqqında İrqandı körpüsü təktağlı körpüdür. Körpünün aşırımı 16 metr, eni isə 11 metrdir. O, içərisində bazar yerləşən nadir qapalı körpü nümunələrindən biridir. Yerli əhali tərəfindən üzərində dükanlar olan dünyada cəmi dörd körpüdən biri olduğu iddia edilir.The claim is in the Turkish language webpage of bursa.com.tr (the tr extension indicates Turkey), at http://www.bursa.com.tr/carsili-kopru-irgandi-969.html , accessed November 24, 2020. Üzərində dükanlar olan digər körpülərə; İtaliyada Ponte Vekko və Rialto körpüsü; Bolqarıstandakı Osam körpüsü; Birləşmiş Krallıqda (Evon) Paltni körpüsü, Linveyndəki Hay körpü və Frumdakı "Frum körpüsü"; Almaniyanın Erfurt şəhərindəki Kremerbyurke daxildir. Orijinal layihəsində körpünün üzərində otuz dükan olub. Dosent Öngənin fikrincə, Osmanlı dövləri vaxtında körpü gecələr bağlanaraq Bursa məhəllələri arasındakı hərəkəti yoxlamaq üçün də istifadə olunurdu.

Qalereya

İstinadlar

Xarici keçidlər

Daily Sabah qəzeti. Dünyanın qədim ticarət körpüsü Bursanın Rəsmi Turizm Portalı. İrqandı körpüsü

Kateqoriya:1442-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Türkiyədəki tağlı körpülər